Reklam
Rəsulzadənin daha bir nadir şəkli üzə çıxdı
19-08-2022 11:07
Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb.Dalidag.az xəbər verir ki, 1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto feysbukda “Auksion/Hərrac” səhifəsində həraca çıxarılıb.
Fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: “İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim”.
Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Ehtimal olunur ki, foto Rəsulzadənin arxivindən götürülüb.
Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.
İlkin hərrac qiyməti 10 AZN müəyyənləşdirilən fotoya hazırda 400 AZN təklif olunur.“qafqazinfo”
Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 19-08-2022 11:07
Baxış sayı: 3332Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























