Füzulidə 3 nəfər minaya düşüb. Dalidag.az bildirir ki, Füzuli rayon prokurorluğundan verilən məlumata görə, avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman

Tanınmış ziyalıları ilə Kəlbəcər rayonunda seçilən Başlıbel kəndinə ağır itki üz vermişdir. Uzun illər Başlıbel kənd orta məktəbinin direktoru işləmiş Hacı Məhəmməd oğlu Mirzəyevin ailəsində 1956-cı ildə doğulmuş Əminə Hacı qızı Mirzəyeva faciəli şəkildə dünyasını dəyişmişdi. Əminə xanım Mirzəyeva Kəlbəcər işğal olunana qədər Başlıbel kənd mədəniyyət evinin direktoru işləmiş, 1993-cü ildən isə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Qeyd edək ki, Əminə xanımın qardaşları da Azərbaycan elminə

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi imzalamaq istisna deyil” bəyanatı Xankəndidə qalan separatçı-terrorçuların qalıqlarını qorxuya salıb. Onlar hesab edirlər ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlaşır. Dalidag.az xəbər verir ki, separatçıların qondarma “parlamentinin” “deputatı” Matexe Akopyan Ermənistan hakimiyyətinin əsl məsələni gizlətdiyini deyib. Onun sözlərinə görə, Qarabağa

“Populistcəsinə deyirlər ki, Xankəndi niyə bizdə deyil? Sən hakimiyyətdə olsan bu şərtlər daxilində Xankəndini ala bilərdin?!”. Dalidag.az xəbər verir ki, bu sözləri Qarabağ ətrafında baş verən gərginliyi şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib. Elşad Musayev bildirib ki, erməni və Rusiya tərəfi öhdəlikləri yerinə yetirmədiyi üçün gərginliyin olması təbiidir: “Reallıq ondan ibarətdir ki, 44 günlük müharibənin sonunda bəyanat imzalandı,

Bu gün adını "Manevr.az" qoyduğumuz şərəfli missiyamızın 6-cı yaşını qeyd edirik. 6 ildir üzərimizə götürdyümz yükün ciddiliyini dərk edərək, getdiyimiz yolda, atdığımız hər addımda qarşımıza çıxan (çıxacaq) bütün problemləri, çətinlikləri, maneələri qətiyyətlə dəf etmək əzmi ilə çalışdıq. 2016-ci il avqust ayının 1-də heç bir maddi dəstək olmadan, az sayda əməkdaşla yayıma başlayan "Manevr.az " -ın əsas məqsədi gündəmə uyğun informasiya hazırlamaq, yeni xəbər istehsal etmək, ölkədə və dünyada

Məlum olduğu kimi iyulun 26-da Müdafiə Nazirliyi N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarov Kəlbəcər rayonu ərazisində minaya düşüb. Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov və rayonun bir qrup ictimaiyyət nümayəndəsi - Əli Qələndərov, Xəlil Rüstəmov, Musa Əziz, Hikmət Şahmuradov Gəncə Mərkəzi Klinik Xəstəxanasında zabit Vüqar İsbəndiyarovu ziyarət ediblər. Görüşdə millət vəkili Aqil Məmmədov zabitimizə keçmiş olsun diləklərini çatdırıb, tezliklə sağlamlığına

"Elmlə təhsilin bir nazirlikdə birləşdirilməsi elmimizin, təhsilimizin inkişafına ciddi təkan verəcəkdir" Hüseyn Şahbəndəyev, Əməkdar müəllim Elm və təhsil mahiyyət etibarı ilə bir-birindən ayrılmazdır. Təhsil flektiv mənada "hasil", "məhsul" anlamındadır. Hasil edilən bilikdir, bacarıqlardır. Bu hasilatın mənbəyi isə elmdir. Eləcə də "müəllim" və "alim" sözləri arasında məna yaxınlığı bu iki peşə sahiblərinin nə qədər yaxın olduğunu aydın göstərir. Tarixən elm, təhsil sözləri bir-birindən

"Strateji baxımdan Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. Biz isə elə davam gətirməliyik ki, terrorçu dövlət taktiki səviyyədə itkisini hiss etsin". Bunları Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. "Biz cənubda, şərqdə və hər yerdə davam gətirməliyik. Müdafiədə, diplomatiyada, siyasətdə davam gətirməliyik. Birliyimizi qorumalıyıq, təkcə qələbəyə qədər deyil, həm də işğalçılar tərəfindən məhv edilmiş hər şeyi keyfiyyətcə bərpa etmək üçün”, - Zelenski
Yazı axını