Reklam
"Manevr.az" saytı 6 yaşında - yeni hədəflərə doğru...
01-08-2022 18:29
Bu gün adını "Manevr.az" qoyduğumuz şərəfli missiyamızın 6-cı yaşını qeyd edirik.
6 ildir üzərimizə götürdyümz yükün ciddiliyini dərk edərək, getdiyimiz yolda, atdığımız hər addımda qarşımıza çıxan (çıxacaq) bütün problemləri, çətinlikləri, maneələri qətiyyətlə dəf etmək əzmi ilə çalışdıq.
2016-ci il avqust ayının 1-də heç bir maddi dəstək olmadan, az sayda əməkdaşla yayıma başlayan "Manevr.az"-ın əsas məqsədi gündəmə uyğun informasiya hazırlamaq, yeni xəbər istehsal etmək, ölkədə və dünyada baş verən mühüm hadisələri operativ olaraq oxucuya çatdırmaq idi. Çətin olsa da məqsədimizə nail olduğumuzu ötən illər qazandığımız uğur və nailiyyətlər təsdiq edir. Problem bolluğunda nə qədər əziyyət çəksək də bu gün də yolumuza davam edirik.
Bu gün Manevr.az Azərbaycan media məkanında kifayət qədər oxucu auditoriyası qazanıb. 6 il zaman etibarı ilə böyük müddəti əhatə etməsə də görülən işlər, bu ağır informasiya burulğanında boğulmadan, üstəlik yuxarıda qeyd etdiyim kimi, heç bir dəstəksiz fəaliyyətini davam etdirə bilmək gücü əslində bu 6 ili daha da dolğunlaşdırıb. Deyə bilərik ki, az vaxtda çox iş görməyə nail olmuşuq.
Bu müddətdə bizimlə əməkdaşlıq edən qurumlar, fərdi qələm sahibləri oldu ki, onlara bizimlə yol yoldaşı olduqları üçün çox sağ olun, deyirik.
Fəaliyyətimiz boyunca neçə- neçə vətəndaşımızın sosial problemini işıqlandırmaqla aidiyyəti qurumlara çağırışlar etdik, problemlərin həllinə vəsilə olmağa çalışdıq. İlk qələm sınaqlarını redaksiyamıza göndərib yayımlanmasını istəyən gənc yazarlara dəstək olmağı da özümüzə borc bildik. Bu illər ərzində xeyli nailiyyətlərə imza atdıq. Azərbaycan Mətbuat Şurasının üzvü olaraq müstəqil mətbuat arenasında aparıcı saytlar sırasında yer almağı bacardıq.
Bu gün saytımızın 6 yaşı tamam olur. 6 yaşlı "Manevr.az"- ın bundan sonra da öz missiyasına sadiq qalacağına, oxucu tələbinə cavab verəcəyinə, haqlının yanında olacağına və bu xüsusda ədalətli yanaşması ilə sözə xəyanət etməyəcəyinə əminəm.
30 ildən artıq sözə xidmət edən, jurnalistikada külüng çalan, xarakteri, prinsipiallığı, tələbkarlığı və məsuliyyəti ilə kollektivi sözün əsl mənasında bir yumruq kimi saxlamağı bacaran Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, saytın təsisçisi şair, jurnalist Namiq Dəlidağlının rəhbərliyi ilə çox illər qət etməyi düşünürük. Bu inam, qətiyyət və çalışqanlıqla ən az 50 yaşa varacağımıza inanıram.
Əziz "Manevr.az" rəhbərliyi, kollektivi, 6 yaşımız mübarək! Hədəfimizə çatmağı və indiki kimi gələcəkdə də biz olmağı arzulayıram özümüzə. Əlbəttə bu təbrikdən bizimlə əməkdaşlıq edən həmkarlarımıza və saytımızın oxucularına da pay düşür. Hər birimizə uğurlar!
Sevinc QƏRİB
Dalidag.az

Kateqoriya: Manşet / Media
Tarix: 01-08-2022 18:29
Baxış sayı: 3627
Yazı axını
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
Ən çox oxunanlar