Reklam
“Ermənilər adam dilindən anlamır, onları mütləq başa salmaq lazımdır“
02-08-2022 09:51

“Reallıq ondan ibarətdir ki, 44 günlük müharibənin sonunda bəyanat imzalandı, lakin ermənilər və ruslar götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bəyanatların şərtində müəyyən müddəalar vardı. Erməni silahlıları ərazidən çıxarılmalı idi. Ancaq bu baş verməyib. Rusiya sülhməramlıları öz missiyalarına uyğun hərəkət etmirlər. Gərginlik üçün çoxlu səbəblər var.
Ermənilər təhdidlərini davam etdirirlər. Qarabağın öz içərisində və sərhəddəki müəyyən ərazilərimiz təhdid altındadır. Erməni tərəfi öz iddialarından geri çəkilməyiblər. Bu işlərin əsası budur. Təbii ki, Azərbaycan tərəfi də buna cavab verməlidir. Məsələ ondadır ki, Azərbaycanın qarşısında olan iri güclər var. Hər iki qonşumuz – həm İran, həm Rusiya Azərbaycanın əleyhinə fəaliyyət göstərir. Konkret indiki halda Azərbaycanın öz ərazisi daxilində hərəkət etmək imkanına mane olan Rusiyadadır. Rusiya qaba bir gücdür. Rusiya böyük imperiyadır. Azərbaycanın Rusiya ilə döyüşmək ikmanı yoxdur və bu gərginlik Azərbaycana sərf etmir.
Nəticə etibarı ilə, hər kəs bilir ki, ermənilər adam dilindən anlamır, onları mütləq başa salmaq lazımdır. Ancaq bunun qarşısını kəsən Rusiya var. Azərbaycan da tək deyil. Azərbaycanın yanında Türkiyə var. Ancaq Türkiyənin başı da qarşıdır. Bir yandan Suriyada, digər yandan isə ölkə daxilində prezident seçkiləri.
Ölkə daxilində hər kəs deyir ki, Azərbaycan antiterror əməliyyatı keçirməlidir. Bunun ayrı variantı yoxdur. Bunu Azərbaycan hakimiyyəti də çox yaxşı başa düşür. Hakimiyyətdə informasiya həddən artıq çoxdur və məsuliyyət də onların üzərindədir. Azərbaycan hakimiyyəti hər şeyi nəzərə almalıdır. Bunu başa düşmək lazımdır. Azərbaycan Qarabağa milyardlarla vəsait qoyur. Onu da riskə atmaq olmaz”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-08-2022 09:51
Baxış sayı: 3281Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























