Reklam

Hüseyn Şahbəndəyev: "Tarixən elm, təhsil sözləri bir-birindən ayrılmaz, vahid prosesin tərkib hissələri olmuşlar"
01-08-2022 11:21
"Elmlə təhsilin bir nazirlikdə birləşdirilməsi elmimizin, təhsilimizin inkişafına ciddi təkan verəcəkdir"

Əməkdar müəllim
Elm və təhsil mahiyyət etibarı ilə bir-birindən ayrılmazdır. Təhsil flektiv mənada "hasil", "məhsul" anlamındadır. Hasil edilən bilikdir, bacarıqlardır. Bu hasilatın mənbəyi isə elmdir.
Eləcə də "müəllim" və "alim" sözləri arasında məna yaxınlığı bu iki peşə sahiblərinin nə qədər yaxın olduğunu aydın göstərir.
Tarixən elm, təhsil sözləri bir-birindən ayrılmaz, vahid prosesin tərkib hissələri olmuşlar.
Qısaca bir-iki fakta baxaq.
20-ci əsrin elm və bilik təşnəsi Məhəmməd Hadi yazırdı:
"Elmin, mərifətin varsa, buyur gəl
Yoxsa, bu hə yat aləminə olma bir əngəl". (Mərifət sözü təkcə ədəb, qanacaq kimi başa düşülməməlidir.Keçmişdə elm, savad, tərbiyə, qabiliyyət, bacarıq və s.mərifət sayılırdı).
Həmin Hadi ki, imkansızlıq üzündən istədiyi kimi oxuya, təhsil ala bilmirdi:
Oxumaqçün nə qədər dadü fəğan etdimsə,
Əsər olmadı cahanbəxş şu istimdadım.
Dağa dersəm, eşidər, sonra verər əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım"...
Göründüyü kimi, oxumaq=təhsil almaq=elm qazanmaq=bacarıqlara sahib olmaq bir-biri ilə üzvi surətdə sıx bağlıdır.
Müstəqilliyimizi yenidən qazandıqdan dərhal sonra Təhsil Nazirliyi 21-ci əsrin çağırışlarına uyğunlaşmağa, islahatlar, kadr dəyişikliyi, təsdiq olunmuş beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsallaşma və s. vasitəsilə cavab verərək milli təhsilimizi inkişaf edən dünya ilə ayaqlaşmağa çalışır.Təklif və tətbiq edilən layihələr, beynəlxalq səviyyədə şagirdlərimizin uğurları, müəlimlərin peşəkarlığının artırılmasına yönəlmiş tədbirlər də bunun əyani sübutudur.
Lakin Milli Elmlər Akademiyasında son 30 ildə müasir çağırışlara ciddi reaksiya hiss olunmurdu...(Buradaca böyük alimlərimizə hörmətlə susmağı daha düzgün hesab edirəm).
Zənnimcə, cənab Prezidentin elmlə təhsilin bir nazirlikdə birləşdirilməsi qərarı həm elmimizin, həm də təhsilimizin inkişafına ciddi təkan verəcəkdir...
Vətənimiz üçün xeyirli olsun!
Dalidag.az



Yazı axını
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
Ən çox oxunanlar