Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən “Azərenerji” və “Azərişıq” ASC-lərin Kəlbəcər rayonunda fəaliyyət göstərən işçi heyəti üçün “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunması istiqamətində maarifləndirmə tədbirləri keçirib. Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda

Ukraynanın cənubunda əməliyyat vəziyyəti gərgin olaraq qalır. Dalidag.az xəbər verir ki, bu barədə Pivden Operativ komandanlığı məlumat yayıb. Komandanlıq bildirir ki, ötən sutka Ukraynanın cənubunda Rusiyaya məxsus 1 ədəd Pansir zenit-raket kompleksi, 1 ədəd T-72 tankı, özüyeriyən artilleriya qurğuları məhv edilib. Sutka ərzində Rusiya ordusunun 23 hərbçisi zərərsizləşdirilib.

İşğal edib illərdir onlara aid olmayan torpaqda məskunlaşan ermənilər indi bu əraziləri məcburi qaydada tərk edirlər. Azərbaycan torpaqlarında illərdir öz heyvanlarını otaran ermənilər qoyun sürülərini də toplayıb ərazini tərk etməyə tələsirlər. Özü də məcburi çıxarma prosesi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir. Üçtərəfli bəyanata əsasən Laçın şəhəri ilə yanaşı koridorun üzərində yerləşərək ermənilər üçün böyük önəm daşıyan Zabux kəndi də Azərbaycana təhvil verilir.

Azərbaycan Qarabağdakı separatçı-terrorçu rejimin “həyat yolunu” bağlayır. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşrində yayımlanan məqalədə deyilir. Nəşr yazır ki, bu yol separatçı rejimin əsas təchizat arteriyasıdır: “Azərbaycan yolun marşrutunu dəyişdirmək və bu əraziləri nəzaratə götürməklə Xankəndidəki qondarma rejimi blokada vəziyyətinə salacaq. Çünki bu yoldan təkcə hərəkət üçün istifadə edilmir, həm də elektrik və qaz xətti də keçir”. Məqalədə bildirilir ki,

Laçın şəhərinin ən son görüntüləri yayılıb. Dalidag.az xəbər verir ki, eksklüziv görüntülər Minikənd kəndində yerləşən İstisudandır. Video qısa müddətdə sosial şəbəkədə çoxsaylı baxış yığıb. İzləyicilər təbiətin belə gözəl, müalicəvi, füsünkar guşəsindəki bulağın gözəlliyinə heyran olduqlarını yazıblar. Dalidag.az https://www.facebook.com/watch/?v=750924176154519

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi

“Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzdux (Buzluq) dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzdux dağının ətəyindən - Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluq çayı da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluq çayı Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur”. Dalidag.az xəbər verir ki, bunu araşdırmaçı-jurnalist Elxan Salahov sosial şəbəkə hesabında paylaşıb. Bildirək ki, Buzdux dağı və

Avqustun 3-də qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Laçın rayonu istiqamətində atəşkəsi pozdu. Erməni təxribatı nəticəsində əsgərimiz Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Ardınca isə Azərbaycan Ordusu “Qisas” adlı hərbi əməliyyata başlayaraq, düşməni darmadağın etdi. Bununla da şəhidimizin qanı yerdə qalmadı və intiqamı alındı. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız

Avqustun 3-də Ordumuzun "Qisas" əməliyyatı ilə nəzarətinə götürdüyü Qırxqız, Sarıbaba və digər yüksəkliklərə ötən gün Kəlbəcərin şərqindəki Buzdux yüksəkliyi də əlavə olunub. Buzdux yüksəkliyinin (2374 metr) Ordumuzun nəzarətinə keçməsi ilə olduqca böyük hərbi-strateji mövqe əldə edilib. Beləliklə, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarəti altında olan hissəsində silahlı-terrorçu ermənilərin bütün fəaliyyətini həm nəzarətdə saxlamaq, həm də istənilən an onları

Kəlbəcərdə ayı kişini parçalayıb. Dalidag.az xəbər verir ki, hadisənin rayonun İstisu sanatoriyasının yaxınlığında baş verdiyi deyilir. İlkin məlumatlara görə, hadisə bir neçə gün öncə baş verib. Baş vermiş faciəli hadisə nəticəsində ölən şəxsin kimliyi barədə hələlik məlumat verilməyib./bizim.media Dalidag.az
Yazı axını