Reklam
Azərbaycan yavaş-yavaş Xankəndinə doğru gedir
07-08-2022 11:07
Azərbaycan tərəfi qanuni haqqından istifadə edərək öz ərazisində qeyri-qanuni yerləşmiş silahlı dəstələrə qarşı antiterror əməliyyatı həyata keçirdi. Əlbəttə ki, bu, Azərbaycanın öz suveren hüququdur. Lakin dünənki əməliyyatdan sonra Rusiya mediası yenə də təxribat xarakterli yalan məlumatlar tirajlamağa başladı. Onlar Azərbaycanın guya atəşkəsi pozduğu kimi absurd iddialarla çıxış etdilər.
Əslində bu hal bizim üçün ilk deyil. Çünki 44 günlük Vətən müharibəsində də rus kanalları və saytları Azərbaycana qarşı qaralama və böhtan xarakterli məlumatlar yayırdılar. Rus mediasının yenidən aktivləşməsi ağıllara başqa suallar gətirir.
Rusiya son baş verənləri əsas gətirərək Brüssel danışıqlarını kölgədə qoymaq və Avropa İttifaqını Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları prosesindən kənarda saxlamaq istəyir?
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, bu, Ermənistanı dəstəkləyən qüvvələrin siyasi istiqamətidir:
“Rusiyanın dövlət rəsmilərinin artıq ağıllarını itirdiklərini görürük. Rusiya kimi bir dövlətin Baş naziri və Prezidenti olmuş Dmitri Medvedyev elan edir ki, Ukraynadan sonra Gürcüstanı və Qazaxıstanı işğal etməliyik. O, artıq Kremlin planlarını açırsa, deməli, Rusiya Ukraynadakı uğursuzluğu ört-basdır etmək istəyir. Həmçinin digər qonşumuz İran da öz daxilində olan problemlərin üzə çıxmaması üçün başqa müstəviyə keçib. Çünki ərazilərimizin işğal altında olduğu vaxtlarda narkotik satışı İranın hərbi elitasının əlində cəmləşmişdi və onlar bundan birmənalı şəkildə böyük gəlir əldə edirdilər. Lakin Azərbaycan Ordusu onların bu missiyasına son qoydu. Hazırda da erməniləri ən çox qızışdıran qüvvələr, məhz Rusiya və İrandır”.
Cümşüd Nuriyevin sözlərinə görə, Vladimir Putin Avropa İttifaqını Ermənistan və Azərbaycan arasındakı sülh danışıqları prosesindən kənarda saxlamaq istəyir:
“Amma Putinin artıq elə böyük bir gücü qalmayıb. Çünki Rusiya bütün cəbhələrdə uduzmağa başlayıb. Hesab edirəm ki, Putin dünya düzəninə hansısa siyasi düzəliş etmək iqtidarında deyil. ABŞ çox ustalıqla Rusiyanı “siyasi bataqlığa” çəkə bilib. Hətta Rusiyanın o bataqlıqdan çıxmaq ehtimalı sıfıra bərabərdir. Kreml hazırda Azərbaycanla münasibətlərini yaxşı saxlamalıdır. Yoxsa bu, Rusiya və Ermənistan üçün çox baha başa gələcək”.
Politoloq Azərbaycanın öz ərazisində antiterror əməliyyatı apardığını vurğulayıb:
“Necə olur ki, Rusiya xüsusi əməliyyat adı ilə Ukrayna ərazilərinə daxil ola bilir, amma Azərbaycan öz ərazisində əməliyyat keçirə bilmir? Biz şəhid vermişik. Üstəlik, rəsmi Bakı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bizi eşitmədilər. Azərbaycan Prezidenti İlham Əliyev əməliyyatların siqnalını vermişdi. Prezident son müşavirədə “Dəmir yumruğ”un yerində olduğunu və istənilən vaxt ermənilərə cavab verə biləcəyimizi dedi. Hətta uzun müddət ATƏT belə bizi eşitmədi. Amma ATƏT kimi dünyanın üç böyük dövlətinin olduğu qurumu Azərbaycan Prezidenti oyundan kənar vəziyyətə saldı və indi də o vəziyyətdə saxlayır. Zaman indi bizim zamanımızdır. Biz ondan yararlanmalıyıq və yararlanırıq. Erməni təxribatları bundan sonra da davam edəcək, ancaq onlar hər dəfə təxribat etdikdə, daha çox mövqe itirəcəklər. Çünki Azərbaycan artıq yavaş-yavaş gedir. Yəni Xankəndinə xan gedir və biz ora doğru gedirik. Bunun başqa yolu yoxdur”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 07-08-2022 11:07
Baxış sayı: 4246
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23