Reklam
Zelenski: “Rusiyanın Ukraynaya qalib gəlmək şansı yoxdur”
01-08-2022 10:11

"Strateji baxımdan Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. Biz isə elə davam gətirməliyik ki, terrorçu dövlət taktiki səviyyədə itkisini hiss etsin".
Bunları Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Biz cənubda, şərqdə və hər yerdə davam gətirməliyik. Müdafiədə, diplomatiyada, siyasətdə davam gətirməliyik. Birliyimizi qorumalıyıq, təkcə qələbəyə qədər deyil, həm də işğalçılar tərəfindən məhv edilmiş hər şeyi keyfiyyətcə bərpa etmək üçün”, - Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda Rusiya ordusu müvafiq ərazilərdə fəallığı artıraraq, Ukraynanın cənubunun işğal olunmuş ərazilərində mövqelərini möhkəmləndirməyə çalışır. Rusiya hərbi qüvvələrinin şərqdəki mövqelərindən bir hissəsini cənuba - Xerson və Zaporojye vilayətlərinə köçürülür.
"Lakin bu, onlara orada kömək etməyəcək. Rusiyanın bircə zərbəsi belə, hərbçilərimiz və kəşfiyyatçılarımız tərəfindən cavabsız qalmayacaq. Ukrayna Silahlı Qüvvələri işğalçıların istənilən yeni fəaliyyətinə cavab verməyə hazırdır", - Prezident vurğulayıb.
Dalidag.az
Kateqoriya: Karusel
Tarix: 01-08-2022 10:11
Baxış sayı: 3375Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























