Reklam
Daha bir kəlbəcərli ziyalımızı itirdik - əli Başlıbelə uzalı qaldı
02-08-2022 11:21
Tanınmış ziyalıları ilə Kəlbəcər rayonunda seçilən Başlıbel kəndinə ağır itki üz vermişdir.Uzun illər Başlıbel kənd orta məktəbinin direktoru işləmiş Hacı Məhəmməd oğlu Mirzəyevin ailəsində 1956-cı ildə doğulmuş Əminə Hacı qızı Mirzəyeva faciəli şəkildə dünyasını dəyişmişdi. Əminə xanım Mirzəyeva Kəlbəcər işğal olunana qədər Başlıbel kənd mədəniyyət evinin direktoru işləmiş, 1993-cü ildən isə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Qeyd edək ki, Əminə xanımın qardaşları da Azərbaycan elminə layiqli töhfələr vermiş, lakin amansız ölüm onları da bizim aramızdan vaxtsız aparmışdır. Əminə xanımın böyük qardaşı Mirzəyev Saleh Hacı oğlu 1992-ci ildə Bakı şəhərində yaşayan kəlbəcərlilərin təsis etdikləri “Murovdağ” Cəmiyyətinin təsisçilərindən olmuş, cəmiyyətin xətti ilə uzuun müddət mühasirə şəraitində yaşayan kəlbəcərlilərin gündəlik tələbat malları ilə təminatında fəal rol oynamışdır. Saleh Mirzəyev elmi fəaliyyətini ömrünün sonuna qədər Azərbaycan Texniki Universitetində davam etdirmiş, neçə-neçə gənc tələbənin alim kimi yetişməsində fəal rol oynamışdır. Əminə xanımın kiçik qardaşı Sabir Mirzəyev də Azərbaycan tibb elminə xüsusi töhfələrini vermiş, yaşadığı qısa ömründə travmatoloq-həkim kimi minlərlə insanı ömürlük şikəst olmaqdan xilas etmişdir. Lakin amansız ölüm nə Saleh və Mahir Mirzəyev qardaşlarına, nə də dörd qardaşın tək bacısı olan Əminə xanıma xalqına xidmət etməyə imkan vermədi. Tanrının belə ağır dərdi çəkməyə məhkum etdiyi ziyalılar ailəsinin ağbirçəyi Şamama xanım Mirzəyevaya, eləcə də mərhumların qardaşları Tahir və Sabir Mirzəyevlərə bu kədərli hadisə münasibətilə Dəlidağ.az saytının əməkdaşları adından dərin hüznlə başsağlığı verir və Allahdan onların əzizlərinə rəhmət diləyirik.
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 02-08-2022 11:21
Baxış sayı: 21 131Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























