Reklam
Kəlbəcər elinə ağır itki
29-08-2022 20:11
Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il 2 aprel tarixdə Kəlbəcər rayonu işğal edilmiş, . Kəlbəcər rayonunun Nadirxanlı kənd sakini Əliyev Əli Qasım oğlu öz ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Xırdalan şəhərində müvəqqəti məskunlaşmışdır.
Əli Əliyev 1948 ci il 1 oktaybr tarxdə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur. Əli Əliyev Zaqatala Politexnik Texnikumunu bitirdikdən sonra uzun illər Kəlbəcər Rayon Kolxozlararası Tikinti İdarəsində iş icraçısı vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə rayonun əksər yaşayış məntəqələrindəki sosial obyektlərin tikintisini həyata keçirmiş, rayonda ən nümunəvi və məsuliyyətli iş icraçılarından biri olmuşdur.
Uzun sürən ağır xəstəlikdən sonra 2022-ci il 28 avqust tarixdə Əli Əliyev müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Xırdalan şəhərində vəfat etmişdir.
Əli Əliyevin atası Qasım Bəxtiyarov və anası Tavat Bəxtiyarova da məcburi köçkünlük həyatı yaşamaqla uzun illər Abşeron rayonunun Xırdalan şəhəri ətrafında vaqonlarda yaşamış və vəfat etmişlər.
Kəlbəcər rayonunun Nadirxanli kəndində, Əli Əliyevin və valideynlərinin yaşadıqları ev və onların həyətyanı sahələri kəndi iki hissəyə bölən Tərtər çayının sağ sahilində bir kilometrə yaxın məsafəni əhatə edirdi.
O, Kəlbəcər həsrəti ilə dünyasını dəyişdi.
Allah rəhmət eləsin!
Dalidag.az
(Turkustan.az)
Kateqoriya: Kəlbəcər
Tarix: 29-08-2022 20:11
Baxış sayı: 3322Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar






























