Reklam
Erməni ordusu Qarabağdan çıxır? – Qriqoryanın ikili oyunu
19-07-2022 15:09
Az öncə Azərbaycanın bütün media resursları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress”ə müsahibəsində işlətdiyi “Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır” sözləri üzərində məqalələr hazırlayaraq dərc etdirir.
Həmin sensasiyalı müsahibənin orijinal variantına baxdıqda məlum olur ki, Qriqoryan bu fikirləri söyləyərkən belə ikili oyun oynayıb, məhz ermənilik edib - hiylə gəlib.
Belə ki, erməni müxbirin “Belə çıxır ki, Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarır” sualına cavab verən Qriqoryan belədir:
“Bəli, hətta Ermənistandan artıq Qarabağa hərbi çağırışçılar da göndərilməyəcək”.
Bura qədər normal və anlaşımlı – necə deyərlər, 2020-ci il 10 noyabr bəyanatına – İrəvanın kapitulyasiya ilə üzərinə götürdüyü öhdəliyə tam uyğundur.
Lakin müsahibənin sonrakı sualına və Qriqoryanın cavabına diqqət edək:
Müxbir: Yəni erməni çağırışçıları sentyabrdan sonra Qarabağda olmayacaqlar?
Qriqoryan: Xeyr olmayacaq. Amma bizim “dağlıq qarabağ hakimiyyəti”ndən aldığımız məlumata görə, “artsax” cavanları əvvəlki kimi hərbi xidmətə çağırılacaqdır...
Yəni elə çıxır ki, erməni pasportu olan Qarabağa yerləşdirilən ermənilər 18 yaşına çatanda “hərbi xidmət”ə çağrılacaq və Qarabağda “qulluq edəcək”? Və yaxud İrəvan bununla özlərinin guya razılaşmalara əməl eddiklərini göstərmək istəyir? Necə yəni “artsax” cavanları əvvəlki kimi hərbi xidmətə çağırılacaqdır? Elə çıxır sabah Qarabağda qarşımıza hərbi formada, silahlı erməni çıxsa, biz onlara heç nə deməməliyik? İrəvan dərhal deyəcək ki, bu bizim ordumuzun nümayəndəsi deyil, “dqr”in “əsgəri”dir? Pasportları eyni, dilləri, hərbi formaları, silahları eyni... Bunları kim ayırd edəcək? Rus sülməramlıları? Əlbəttə yox! Bəlkə bu ermənilərin yeni hiləsidir? Guya Ermənistan ordusunu Qarabağdan geri çağırdı, yerində “dqr” “ordusu” qaldı?
Qarabağda bir ədəd yox, bir dənə də olsun, silahlı erməni olmamalıdır. Prezidentimiz də bunu yüksək tribunadan bəyan etdi./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 19-07-2022 15:09
Baxış sayı: 4193
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23