Reklam
Paytaxtda Atatürkün öz puluyla özünə tikdirdiyi daxma: Tez-tez ora gedər, otun üstündə uzanar...
17-07-2022 12:45
Dalidag.az xəbər verir ki, Atatürk bu daxmanı 1926-cı ildə tikidirib. Selanik türkcəsində "koliba", Türkiyə türkcəsində isə "kulubə" deyə adlandırılan bu kiçik tikili bir otaqdan ibarətdir.
Ankaranın mərkəzində “Söyüdözü Atatürk Evi” kimi tanınan bu tikili cümhuriyyətin qurucusunun tez-tez baş çəkdiyi yer olub.
2000-ci ildə meşə naziri olan Nami Çağanın istəyi ilə tikili restavrasiya edilib və muzey kimi istifadəyə verilib. Ətrafındakı "göydələn" və plazalar onu artıq görünməz etsə də, söyüd ağaclarının arasında tikilən bir otaq böyük maraqla qarşılanır. Atatürkün tez-tez ora getdiyi, otların üstünə uzanaraq rahat, sakit bir şəkildə yuxuya getdiyi deyilir.
Həsən Rza Soyak daxmanın tikintisindən əvvəl Atatürklə olan söhbəti belə xatırladır:
"Meşə ərazisində Balgat kəndinin altında Söyüdözü adlanan yer var. Burada olduqca bol su, kiçik bir hovuz və ilk zamanlarda bəlkə də yüzə qədər söyüd ağacı vardı. Atatürk çox bəyəndiyi bu ərazidə kiçik bir kənd evi, daha doğrusu, onun sözləriylə desək "koliba" (daxma) və çardaq tikdirmək istəyib. Ona "Paşam, istədiyin bu olsun, dəhal edərik" deyiblər.
-Bəs buradakı söyüdlər nə olacaq?
-Buradakı söyüd arsız ağacdır. Çıxarıb başqa bir yerdə əkərik, mütləq tutacaq.
-Tək bir şərtlə təklifinizi qəbul edərəm. Burada daxmanı tikməyə kifayət edəcək qədər söyüd ağacını öz əllərimlə çıxaracağam, öz əllərimlə də əkəcəyəm. Tutduqlarını görəcəyəm, sonra daxmanı tikməyə icazə verəcəyəm”./cebhe.info
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 17-07-2022 12:45
Baxış sayı: 4299Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























