Reklam

Paşa Talıblı: "Hər yerdən, hər yerdən getdim..."
19-07-2022 19:57

Azərbaycan Yazıçılar Birliyinin üzvü
Fanilik duyğusu...
Hər vaxt olduğum yerdəyəm-
...astarı sökülmüş yerdə!
...başqa-başqa uzaqlar da
bətnimə bükülmüş yerdə!
Heç vaxt harda olduğumdan
xəbərim olmur deyinəm!
Deyəm: fanilik budumu?
Budumu ömür deyilən?
Fəhmin fəzli çox şeydədi-
biri elə adımdadı!
...əslində, harda olduğum
olduğu tək yadımdadı!
Ömürdü- salnaməsi yox...
...damarını şübhə kəsdi!
...hər yerə yazılmış adım
məni unutmağa bəsdi!
İllüziya...
...Tanrısan, bilirəm yerin ucadı,
bəndəyəm, bilirəm boyum balaca!
Sən göydə, mən yerdə...min ildi belə
qalmışıq...min il də qalaq beləcə?
Mən yerdə, sən göydə...qalaq beləcə!
Görək əlimizə nə düşür bizim...
Mən bir az dikəlim, sən bir az əyil!
Yapışaq əlindən bir-birimizin...
Qalxarıq, enərik...sonrası sonra!
Səni göy, məni yer hara aparır?..
...məni də yuxarı- yanına qaldır
ya düş gəl, aşağı bir dil taparıq!
Az oynat bu yaşıl yaşı ağ üzdə...
Gündə çıxdığımı gündə düşürəm...
...yoğrulub-yapılıb kündə düşürəm!
...mənmi tez ilişib bəndə düşürəm?
Dünyanın ya bəndi-bərəsi çoxdu?!
...göyün genişliyi quşu boydadı,
tərəf müqabildi-qarşı boydadı.
...bu dağın zərbəsi daşı boydadı,
bu dağın yaşından nərəsi çoxdu!
Odu...oda çalır yaşıl ağ üstdə...
Az oynat, bu yaşıl yaşı ağ üzdə!
...öldürmə özünü yaşamaq üstdə,
hələ yaşamağın çarəsi çoxdu!
...və bu gecədəki mən
Üzü yenə sopsoyuqdu,
bax, buludu yalsız atdı...
..ayı yox, ulduzu yoxdu-
göy üzü belə rahatdı!
...başımda bir dəli sevda,
ovcumun içində hirsim!
...masamın üstündə şer,
altında qatlanmış dizim!
...tənhalığım və təkliyim!
Könlümdən Yaradan keçir...
...göy üzü belə rahatdı,
gecə də yarıdan keçir!
Hələlik...
Eheey...eşidirsinizmi?
Hər yerdən, hər yerdən getdim!
...xəbər göndərin hər yerə:
hər yerdən, hər yerdən getdim!
Getdim cansız cavablardan,
çapçılarda, kitablardan,
ağzı örtülü qablardan;
hər yerdən, hər yerdən getdim!
Başıma çox corab hördü-
beşnən döyəcəyəm dördü!
...kora deyəcəyəm: "Gördün?
Hər yerdən, hər yerdən getdim!"
...və elə-beləcə bir gün,
vaxtnan əl-ələcə bir gün
qayıdıb gələcəm bir gün,
hələlik...hər yerdən getdim!
Dalidag.az



Yazı axını
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
Ən çox oxunanlar