Reklam
“Ya özləri çıxacaq, ya da Azərbaycan ordusu onları tərk-silah edəcək”
24-07-2022 12:48
Dalidag.az xəbər verir ki, onların qeyri-legitim bir qurum olduğunu xatırladan politoloq Tofiq Abbasov yenisabah.az-a açıqlamasında separatçılıyın səssizliklərini qorumasını belə şərh edib: “Qondarma rejimin hansı səlahiyyəti var ki, hansısa bir açıqlama və yaxud bəyanat versinlər?! Qondarma rejim deyirik və bu qeyri legitim bir sistemdir, onun heç bir səsi, mövqeyi və sözü yoxdur. Ona görə də onların hamısının əvəzinə danışan həmişə rəsmi İrəvandır və İrəvan hər zaman öz səlahiyyətlərini aşır və bildirir ki, guya onlarda hansısa bir imkanlar var ki, Azərbaycana haradasa təsir göstərsinlər, nəyəsə vadar etsinlər və s”.
Politoloq deyib ki, Azərbaycan bölgədə bütün proseslərə nəzarəti özündə saxlayır və biz bu xüsusda həmişə çalışırıq ki, işlər elə bir tərzdə getsin ki, Ermənistan da, Azərbaycan da, eləcə də digər qüvvələr də toqquşmasınlar:
"Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanın bu proseslərə heç bir aidiyyəti yoxdur. Qarabağ bölgəsi Azərbaycanındır və orada Ermənistanın heç bir iştirakı yoxdur və ola da bilməz. Ermənistan yalnız bir işdə bizə dəstək verə bilər ki, sülh müqaviləsi ilə bağlı öz mövqeyini reallaşdırsın, bildirsin ki, bu prosesin gedişatında nə etmək lazımdır ki, ən yaxın zamanda sülh bərqərar olunsun. Bundan başqa Ermənistanın heç bir şeyə aidiyyəti yoxdur. Bu baxımdan da, qondarma rejim heç bir qüvvəyə malik deyil. Ona görə də biz hər bir şeyə hazırıq ki, Azərbaycan torpaqlarında Azərbaycan qanunları bərpa olunsun və digər tərəfdən, qeyri-qanuni silahlı qüvvələr bu bölgədən çıxarılsın. Yox, əgər onlar çıxarılmasa, Azərbaycan ordusu onları tərk-silah edəcək. Başqa çıxış yolu yoxdur”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-07-2022 12:48
Baxış sayı: 4288Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























