Reklam
Xankəndi və Əsgəran ordumuzun “ovucunun içinə” düşür - DETALLAR
26-07-2022 10:18
Dalidag.az xəbər verir ki, ermənilər bu sual ətrafında müzakirə aparır.
“Hraparak” nəşri mövcud Laçın dəhlizinin ləğvindən sonra separatçı-terrorçular üçün yaranacaq “təhlükələri” araşdırıb.
“İyun ayı ərzində erməni cəmiyyətində böyük təlatümlər yaşandı, hamı Laçını “xilas edirdi”. 1 iyul gəlib keçdi, “xilasedicilərin” ajiotajı da getdi. Lakin reallıq budur ki, Laçın, Zabux və Ermənistanı Qarabağa birləşdirən yeganə yolun təhvil verilməsi prosesi indi də davam edir. Alternativ yolun tikintisi həyata keçirilir, üstəlik həmin yolun Ermənistan hissəsinin tikintisi üçün tender elan olunub. Məsələ təkcə Laçın şəhəri, Zabux və Sus kəndinin təhvil verilməsi ilə məhdudlaşmır”, - məqalədə deyilir.
Nəşr yazır ki, mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı srateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək: “Şuşa-Xankəndi yolunun Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən, Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 26-07-2022 10:18
Baxış sayı: 3260Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























