Reklam
"Narkomaniyaya qarşı birgə olaq!” tədbiri keçirilib - Şəkillər
25-07-2022 20:10
Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə 22 İyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı maarifləndirmə tədbiri keçirilmişdir.
Dalidag.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehtiyev, Kəlbəcər rayon Polis şöbəsinin Təşkilatı inspeksiya qrupunun rəisi mayor Kənan Kərimov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun müdiri Namiq Rəcəbov, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Xəqani Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon üzrə nümayəndəsi Xaliq Muxtarov, Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Hikmət Şahmuradov, Gəncə Dövlət Universitetinin müəllimi Gülüstan Fərəcova və digər qonaqlar iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu gün üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəlaya qurşanan vətəndaşlarımızı normal həyata qaytarmaqdır. Bu yöndə maarifləndirmə işləri il ərzində istər dövlət orqanları, istərsə də digər qurumlar tərəfindən keçirilir və bundan sonra da davamlı şəkildə aparılacaqdır. H.Misirov həmçinin bildirmişdir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad olunan Qarabağ torpaqlarının işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törətmişdir. Lakin bu gün Qarabağda gedən yenidənqurma və abadlıq işləri bu sahədə də aparılan mübarizəyə mühüm töhfə verməkdədir.
Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur,- deyə qeyd edən millət vəkili Aqil Məmmədov bildirib ki, narkomaniya ilə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. O, vurğulayıb ki, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehtiyev qeyd etdi ki, Kəlbəcər rayonunda da narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə ciddi şəkildə davam etdirilir. Rayon ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ‘Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı 2014-2019-cu illər üzrə Dövlət Proqramına uyğun aparılır. Bu proqramın yerinə yetirilməsi ilə əlaqədar Kəlbəcər rayonunda çox geniş tədbirlər həyata keçirilir.
Kəlbəcər rayon Polis şöbəsinin Təşkilatı inspeksiya qrupunun rəisi mayor Kənan Kərimov, Daxili işlər orqanlarının narkomaniya ilə mübarizə tədbirləri haqqında məlumat verib, polisin çevikliyi və peşəkarlığı sayəsində narkotikin dövriyyədən çıxarıldığını qeyd edərək, Cinayət Məcəlləsində narkotik vasitələr və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllərə (külli və xüsusilə külli miqdarda törədildikdə) görə cəzaların daha da sərtləşdirildiyini bildirib. Mütəmadi olaraq cəmiyyətdə, orta məktəblərdə marifləndiriçi tədbirlər aparılır.
Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Xəqani Cəfərov bildirdi ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Bildirdi ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir.
Çıxış edən digər qonaqlar bildiriblər ki, bugün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.
Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və istifadəsinə, eləcə də zərərli vərdişlərə qarşı mübarizə tədbirlərində fəal iştirakına görə bir sıra idarə-təşkilatlar müvafiq Fəxri Fərmanla təltif olunmuşdur.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 25-07-2022 20:10
Baxış sayı: 3392
Yazı axını
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar