Reklam
Ermənistan “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başlayır
13-07-2022 10:28

““Laçın dəhlizi”nə alternativ yolun Ermənistandan keçən hissəsinin inşası üçün tender elan olunacaq”.
Dalidag.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, tender avqust ayında elan olunacaq və qalib gələn şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək.
“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi öz vəsaiti hesabına yolun Ermənistan hissəsinin də inşa edilməsini təklif edib. Lakin ölkənin Baş naziri Nikol Paşinyan ictimaiyyətin buna münasibətindən ehtiyat edərək təklifdən imtina edib”, - deyə məlumatda iddia olunub.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yol istifadəyə verilməlidir. Azərbaycan tərəfi artıq yolun Laçın şəhərindən keçən hissəsinin inşasını başa çatdırır, Ermənistan tərəfi isə hələ işlərə başlamayıb.“qafqazinfo”
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-07-2022 10:28
Baxış sayı: 3257Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























