Video əlavə olunub. *** Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbçisini öldürən şəxslər hadisə yerindən qaçaraq, Yardımlı rayonu ərazisində dağlarda gizləniblər. Mayın 18-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dağlarda gizlənən İran vətəndaşının birinin yeri müəyyən edilib. Həmin şəxs təslim olmayaraq silahlı müqavimət göstərib. Bu zaman Daxili Qoşunların

Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün ortaq komissiya yaradılmasını təklif edib. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib. S.Lavrov bildirib: "İnsidenti həll etmək üçün Rusiya tərəfindən göstərilən səylər barədə dostlarımıza ətraflı məlumat verdik". Dalidag.az

Ağdamın işğaldan azad edilmiş Cinli kəndi ərazisində narkotik aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan

Qaragöl ətrafında gərginlik tam səngiməyib. Hərçənd, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 17-də baş tutan mətbuat konfransında hər şeyin qaydasına düşdüyü mesajını verib. Onun sözlərinə görə, Laçın və Gorus rayonlarının sərhədində heç bir toqquşma baş verməyib, atəş açılmayıb. Lavrov Rusiyanın demarkasiya və delimitasiya məsələlərində köməyini əsirgəmədiyini deyib. Nazir ümumi razılaşma əldə olunduğunu açıqlayıb. Yəni Lavrov narahatlığa əsas olmadığını vurğulayıb. Ermənistan

Bu gün illərdir alnımızın qara ləkəsi, ürəyimizin dərd yükü kimi taleyimizə, tariximizə yazılan, matəm içində Laçınsızlıq ağrısına büründüyümüz gündü. Ancaq biz təqvimin bu gününü tarixin arxivinə qovuşdurmuşuq daha. 28 ildən sonra ilk dəfə bu ağrını ovutmaq nəsibimiz olub. Qələbə məlhəmi çəkilib yaramıza. Laçınımız azaddır, yurd həsrətimizi 28 yaşında dəfn etdik... Dəyərli bir yurddaşımla həmsöhbət olub, kədərdən sonra ömrümüzə boylanan sevincin şüalarından ümid, inam payımızı götürməyə

"İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir". Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 18-də yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi xətlə və sərhəd xidməti üzrə operativ əməliyyatı dəstəkləyir: "Ölkələrin hərbi xətti və sərhəd xidməti üzrə əməliyyat əlaqələri dəstəklənir. Rusiya tərəfi gərginliyi azaltmaq üçün Bakı və

İkinci Qarabağ Müharibəsi Xocavənd rayonunun ən böyük kəndlərindən biri olan Tağaverdin iki hissəyə bölünməsinə səbəb olub. Müharibə nəticəsində kəndin yuxarı hissəsi işğaldan azad edilib və Azərbaycan Ordusunun nəzarəti altına keçib, aşağı hissəsi isə hələ ki erməni separatçılarının əlindədir. Hazırda Tağaverdin 600 hektarlıq torpaq sahəsindən cəmi 100 hektarına ermənilər nəzarət edə bilir. Onun da 20 hektarı təhlükəli zona sayılır. Dalidag.az- ın məlumatına görə, bu günlərdə “Sputnik

Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib və bunun ardınca Ermənistanın Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə etmədiyini və etməyəcəyini birmənalı şəkildə bildirib. Elə bununla da, o, bölgədə kommunikasiya açılmasına qarşı çıxan erməni müxaliflərinin xoruna qoşulub və əslində Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında özünün imzaladığı üçtərəfli bəyanata qarşı çıxıb. Elə həmin gün

Bakı-Qəbələ qatarı ilk dəfə yola düşüb. Dalidag.az xəbər verir ki, mayın 18-də Ləki Qəbələ stansiyası ilə tanışlıq məqsədi ilə jurnalistlər üçün media-tur təşkil olunub. Bakıda Qəbələyə yola düşən qatarın sürəti saatda 135 kilometrdir. Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə

Fransa prezidenti Emmanuel Makronun rəsmi facebook səhifəsindəki son paylaşımı onun Azərbaycana qarşı qərəzli münasibətinin növbəti göstəricisidir. 44 günlük II Qarabağ savaşında daim işğalçı Ermənistanın yanında dayanan Makron bu dəfə də sözün həqiqi mənasında “çaşıb”... “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq”, - deyə Makron yazıb. Bu paylaşım Azərbaycan
Yazı axını