Reklam
"Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
18-05-2021 21:26

Qaragöl ətrafında gərginlik tam səngiməyib. Hərçənd, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 17-də baş tutan mətbuat konfransında hər şeyin qaydasına düşdüyü mesajını verib. Onun sözlərinə görə, Laçın və Gorus rayonlarının sərhədində heç bir toqquşma baş verməyib, atəş açılmayıb. Lavrov Rusiyanın demarkasiya və delimitasiya məsələlərində köməyini əsirgəmədiyini deyib. Nazir ümumi razılaşma əldə olunduğunu açıqlayıb. Yəni Lavrov narahatlığa əsas olmadığını vurğulayıb.
Ermənistan mətbuatında günün birinci yarısında yazılanlardan belə qənaətə gəlmək olardı ki, vəziyyət, həqiqətən də, sabitləşib. Amma axşam saatlarında sərhəddən başqa xəbərlər gəlməyə başlayıb.Dalidag.az xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycan qüvvələrinin Göyçə mahalının indi Kut adlandırılan kəndinə daha 200-300 metr yaxınlaşdığını yazır. Qədim adı Zərkənd olan yaşayış məntəqəsində bizimkilərin qətiyyən geri çəkilmədiyi, əksinə, mövqelərini yaxşılaşdırdığı məlumat verilir. Bunu jurnalistlərə qonşuluqdakı Şişqayanın icma rəhbəri Akop Avetyan deyib.
“Onlar heç yerə getməyib. İrəli gəliblər. Yeni mövqe tutublar. Hökumət lazımi addımları atmalıdır. Bizə müsbət nəticə lazımdır. Hər saniyə bunu gözləyirik. Ortada isə bir şey yoxdur”.
Avetyan Azərbaycan qüvvələrinin son günlər Göyçənin başqa yerlərində 2-3 km irəlilədiyini, amma hələ də əvvəlki mövqeyə qayıtmadığını söyləyib. Onun sözlərinə görə, həm Şişqayada, həm də Zərkənddə erməni sakinlər daha heyvanlarını çölə buraxmır. Çünki Azərbaycan qüvvələri məhz otlaq ərazilərdə qərarlaşıb.
Qaragöl ətrafında ilk gərginlik aktı mayın 12-də qeydə alınmışdı. Ermənistan tərəfi Azərbaycan hərbi qüvvələrinin Zəngəzurda sərhədi pozduğunu iddia edirdi. Bir neçə gün sonra Göyçə mahalında da eyni vəziyyətin yaşandığı deyilməyə başlandı. Ermənistan Azərbaycanın Qaragölə tam nəzarəti ələ keçirmək istədiyini açıqlamışdı. Azərbaycan Xarici İşlər Nazirliyi isə söhbətin yalnız demarkasiya və delimitasiya prosesindən gedə biləcəyi ilə bağlı bəyanat yaymışdı./bizimyol.info
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 18-05-2021 21:26
Baxış sayı: 3288Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























