Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 6 ildən çox erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin, eləcə də, bir çox əsir və girovların azadlığı təmin olundu. Dekabr ayının 14-də əsir və girovlar təyyarə ilə Bakıya gətirildi. Dalidag.az xəbər verir ki, pandemiya ilə əlaqədar karantinə alınan D.Əsgərov artıq evə buraxılıb. Bu barədə onun oğlu Kürdoğlu Əsgərov məlumat verib və sosial şəbəkədə faktı təsdiqləyən şəkil paylaşıb. Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev

Ağdamın Qızıl Kəngərli kəndində "Report" İnformasiya Agentliyinin çəkiliş qrupu hərbçilərlə həmsöhbət olarkən aydın olur ki, onların Vətənlə bağlı arzuları eynidir - qalib ordunun sıralarında xidmət etdikləri üçün qürur duyurlar, Vətənin keşiyində dayanmağı özləri üçün fəxr bilirlər. Dalidag .az-ın məlumatına görə, gizir Ramil Bayramov bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovla yaxın dost olublar və hər zaman arzusu olub ki, Mübarizin şəhid olduğu postu düşmənlərdən azad etsin: "8 ildir

Qarabağı tərk etməyən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar. Dalidag.az xəbər verir ki, bunu Rusiyanın “İnfo24.ru” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal qüvvələrin nümayəndələri qalıb: “Bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan işğalından azad olunan Kəlbəcər rayonunun Almalıq kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

"Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təhvil verilib". Dalidag.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov deyib. O bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir: "Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Syunik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana

Dağlıq Qarabağda Türk-Rus Birgə Mərkəzi tezliklə fəaliyyətə başlayacaq. Dalidag.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı açıqlayıb. Onun sözlərinə görə, “Altılıq” formatı daxil olmaqla Türkiyə bütün mənbələrini Qarabağ üçün səfərbər edib. “Bütün çətinliklərə rəğmən, cənab Əliyev Ermənistana sülh əlini uzatdı. Biz Dağlıq Qarabağla bağlı işlərimizi Azərbaycanla birgə gerçəkləşdirəcəyik. Qarabağda atəşkəs

Dalidag.az saytı mütəmadi olaraq, ölkə xaricində yaşayan kəlbəcərlilərlə əlaqə saxlayır. Özləri uzaqda olsa da, könülləri Vətəndə olan, ürəkləri Azərbaycan, Kəlbəcər deyən yurddaşlarımızla müsahibələr aparır, yazılar hazırlayır, onların yaşayış tərzini, problem və qayğılarını, fəaliyyətlərini səhifələrində işıqlandırır. Əməkdaşımızın növbəti həmsöhbəti uzun illərdi Rusiyada yaşayan Əfqan Hüseynovdur. Taleyimizi özümüz yazmırıq. Qismətimizə uzaq yollar da yazılır, uzaq ellərdə yaşamaq da. Qürbət

Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov vəfat edib. Dalidag.az xəbər verir ki, Musa Həsənov bu gün koronavirusdan vəfat edib. Qeyd edək ki, əslən Kəlbəcərdən olan M.Həsənov uzun illər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi işləyib. 2015-ci ildən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini kimi fəaliyyət göstərib. 2019-cu il dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkilərinin qalib olub və 2020- ci il yanvarın 14-də təkrarən Sumqayıt şəhər Bələdiyyəsinin sədr

Erməni terrorçular yeni təxribat törətdilər və məhv edildilər; siyasi ekspertlər və partiya sədri Xankəndidə antiterror əməliyyatlarına başlamaqdan başqa yol olmadığını deyirlər... Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Məlumatda bildirilir ki, ermənilərin hücumu

Rusiya kəşfiyyatının gizli bir bölməsi bəşəriyyəti məhv edə biləcək kimyəvi silah üzərində işləyir. Bunun nümunələrinə son illərdə rast gəlindiyini söyləyən mütəxəssislər Rusiyanın bütün dünya üçün təhlükə yarada biləcək bir addım atmağın astanasında olduğu qənaətindədirlər. Dalidag.az xəbər verir ki, bu barədə “The Mirror” qəzeti yazıb. Koronavirus pandemiyadan daha ciddi bir təhlükənin qapıda olduğunu xəbərdar edən mütəxəssislərin fikrincə, Rusiyanın bu addımı atmasının qarşısı mütləq
Yazı axını