Reklam
"Qürbətdə Kəlbəcər həsrəti ikiqat ağrılı oldu..."- Əfqan Hüseynov - MÜSAHİBƏ
29-12-2020 16:46
Dalidag.az saytı mütəmadi olaraq, ölkə xaricində yaşayan kəlbəcərlilərlə əlaqə saxlayır. Özləri uzaqda olsa da, könülləri Vətəndə olan, ürəkləri Azərbaycan, Kəlbəcər deyən yurddaşlarımızla müsahibələr aparır, yazılar hazırlayır, onların yaşayış tərzini, problem və qayğılarını, fəaliyyətlərini səhifələrində işıqlandırır. Əməkdaşımızın növbəti həmsöhbəti uzun illərdi Rusiyada yaşayan Əfqan Hüseynovdur.
Taleyimizi özümüz yazmırıq. Qismətimizə uzaq yollar da yazılır, uzaq ellərdə yaşamaq da. Qürbət bəlkə də gəzmək üçün, müəyyən bir vaxt yaşamaq üçün çəkici ola bilər. Bəzən məcburiyyət və ehtiyacın uzaqlara açdığı yol geri dönmək üçün bağlı olur. Bəzən də iş qurmaq, gələcəyini təmin etmək üçün uzaqları məkan seçir insan. Dərdin uzaqlaşdırdığı məqam, özünə çəkilmək istəyi də olur seçimində. Bir gün dönməyə yurdun, ocağın var arxayınlığı ilə yad ellərə üz tutmaq, ümidlərə söykənib qürbətdə özünə “gün ağlamaq” çətin də olsa dərd deyil. Yurdundan məcburi ayrı düşmək isə təsəllisiz dərddi. Doğulub boya-başa çatdığın, uşaqlığının, gəncliyinin ünvanı doğma yurdunun yağı tərəfindən yağmalanması, arxanca ağlayan dağın-dərənin, daşın, torpağın... harayına çatmamaq mənən ölmək, ruhunu dözülməz ağrılara təslim etməkdir. İçimizdə bir inam işığı yandırıb cismimizi ildən-ilə çəkib apardıq ki, bəlkə bu il torpağımız azad oldu... Və o bəlkə, o işıq bizi ayaqda tutdu. Nəhayət, illər sonra arzular çin, diləklər hasil oldu. İşğalda olan torpaqlarımız azadlığına, biz də didərgin ruhumuza qovuşduq. Ömür vəfa etsə, azad yurdumuzun torpağını öpmək də nəsibimiz olar inşallah. Əslən Kəlbəcərdən olan müsahibim qismətinə qürbət ellərdə yaşamaq düşən Əfqan Hüseynovdur. İşi ilə əlaqədar gənclik illərindən ölkə xaricinə köçməli olub. 1994-cü ildən Moskva şəhərində yaşayır. Qürbətdə ikiqat yurd həsrətinə tablaşmaq məcburiyyətində qalıb. Kəlbəcərin işğaldan azad olunmasını ifadə edə bilmədiyi hislərlə qarşılayıb. Müharibə vaxtı özü uzaqda osa da, “əli yaxında olub”, cəbhəyə köməyini əsirgəməyib. İllərin ağrısını, yurdun azadlıq sevincini bir söhbətə sığdırmaq mümkün olmasa da çalışdıq ki, Əfqan müəllimlə yaşantılarını bölüşək.
Salam, Əfqan bəy! Kəlbəcərsiz keçən ömrünüzün bir də qürbət üzü var...
-Salam. Kəlbəcərsiz ömrü Vətəndən çox-çox uzaqda, qürbətdə yaşamaq bizim üçün hədsiz çətin və dözülməz oldu. Ancaq buna baxmayaraq, adət-ənənəmizi, birliyimizi və kəlbəcərliliyimizi qoruyub saxlaya bildik. Burda hər şey, bitkilər, giləmeyvələr, hətta baldırğan belə, yeyərkən o tamı almasaq da bizə hər an Kəlbəcəri xatırladıb. Mən inanırdım ki, gec-tez biz doğulduğumuz müqəddəs torpağa, əsrarəngiz yurdumuza qovuşacağıq. Şükür Tanrıya, ümidlərimiz, inamımız puç olmadı. Kəlbəcərimiz indi bizim əsgərlərin nəfəsiylə canlanır.
-Vətən həsrətinizin yaşı neçədi?
-Tale yollarım gənclik illərindən qürbətin ağuşuna atıb məni. Doğulub boya-başa çatdığım Kəlbəcərdən çoxdan ayrılsam da, burda yurd həsrəti mənim üçün 28+28-ə bərabər oldu... Yəni ki, ikiqat dərd. Bunu qürbət verdi mənə.
-Artıq Kəlbəcər həsrəti bitdi. Nə hisslər keçirirsiniz?
- Bəli, çox şükür gözəl yurdum, pirim-ocağım Kəlbəcər yağı tapdağından azad olundu. Hislərimi sözə çevirməkdə acizəm. Allah şahiddir ki, o gündən hər gecə yuxularımda ordayam. Hətta bir dəfə gördüm ki, evimizdə yatmışam, amma evin damı yoxdur.
-Tanrının möcüzəsi Kəlbəcər 28 ilə yaxın yağı tapdağında qaldı. Qürbətdə bu ağrını yaşamaq ikiqat çətin olub yəqin ki? Necə ovunmusuz bu illər ərzində?
-Kəlbəcərsiz keçən ömrü ömürdən saymıram. Çünki bu illərdə qazandığımızdan çox itirdik, əsasən də valideynlərimizi və yaxınlarımızı. Qazandığımız övladlar, nəvələr isə təəssüflər olsun ki, o yerləri nə bizim qədər tanımayacaq, nə də bizim qədər sevməyəcək. Bu da bizə bir dərd olacaq. Digər tərəfdən də yaşımızın gözəl çağı keçdi, qalan ömür bizi qane etməyəcək, ən azı şiş təpəylə Dəlidağa qalxaq. Bu məni çox düşündürür... Kəlbəcərdə keçirdiyim gözəl günlərin xatirəsi və bir gün mütləq o yurda dönəcəyik inamı ilə ovunmağa çalışmışam bu illər ərzində.
-44 günlük Vətən müharibəsi dövründə həm ölkədə, həm xaricdə yaşayan həmvətənlərimiz ordumuza maddi-mənəvi dəstəyini əsirgəmədi. Bu məsələdə yəqin ki, siz də kənarda qalmadınız?
-Əlbəttə, mən də bu haqq işindən kənarda qala bilməzdim. Belə bir məqamda gücün yetdiyindən, imkanın çatdığından köməklik göstərmək, dəstəyini əsirgəməmək, özün orda ola bilməsən də, əməlinlə orda olduğunu hiss etdirmək, mənə elə gəlir hər birimizin borcu və ürəyindən gələn istəyidi. Bu mənada mən də borcumu az da olsa ödəməyə çalışdım və istəyimi bacardığım kimi həyata keçirdim. Yoxsa sonra, o torpağa ayaq basmağa üzüm olmazdı. Belə ki, üç istiqamətdə- ümumi hərbiyə, Murovdağ yüksəkliyinə, bir qazimizə maddi və mənəvi köməyim olub. Böyük Qələbəyə kiçik qatqım olubsa, nə xoş halıma. İndi də Allahdan arzu edirəm ki, Kəlbəcərə getməyi qismət eləsin.
Söhbət etdi:Sevnc Qərib
Dalidag.az

Kateqoriya: Karusel / Müsahibə
Tarix: 29-12-2020 16:46
Baxış sayı: 3817
Yazı axını
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar