"Kəlbəcərin Ağdaban kəndinin Azərbaycana qaytarılması ətrafında müxtəlif manupulyasiyalar gedir". Dalidag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Fəzail Ağamalı deyib ki, hazırda Kəlbəcərin Ağdaban və ona yaxın kəndlərin ətrafında xoşagəlməz proseslər gedir: "Möhtərəm, cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Ağdam və Laçın kimi, Kəlbəcəri də Vətənimizə qovuşdurdu. Şəhid vermədən Kəlbəcər də erməni

Ermənistan noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq, Azərbaycana təzminat ödəməlidir. Erməni mediasına açıqlama verən bəzi erməni siyasətçiləri Zəngəzur və Qafanın kəndlərini təzminat müqabilində verilməsini təklif edib. Maraqlıdır ki, erməni siyasətçilərinin təklif etdiyi kimi Zəngəzur və Qafan Azərbaycana təzminat müqabilində verilə bilərmi? Dalidag.az xəbər verir ki, hurriyyet.org-a açıqlama verən politoloq Şahin Cəfərli, Ermənistanın buna razı olacağı təqdirdə Rusiya və İran

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib. Dalidag.az -ın məlumatına görə, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Vətən Müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin

Dekabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri ilə görüşüb. Dalidag.az bildirir ki, Dövlət Komitəsinin sədri qonaqlara Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün aparılan əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Münaqişənin dayandırılması

Sərhəd demarkasiyası kontekstində Ermənistan hakimiyyəti sərt tənqid olunur, milli maraqlara xəyanətdə, məğlubiyyətçi mövqedə və s. günahlandırılır. Dalidag.az xəbər verir ki, bu iddialara cavab olaraq baş nazir Nikol Paşinyan Ermənistanın 2010-cu ildəki inzibati ərazi bölgüsü haqqında qanunundan hissə paylaşıb və bildirib ki, qanuna əsasən, Azərbaycanla dövlət sərhədi hələ o dövrdə müəyyənləşdirilib. Hökumət başçısı Ermənistanın Geğarkunik bölgəsində yerləşən və Kəlbəcər ilə həmsərhəd olan Zod

Azərbaycanlıların və bir çox erməninin müharibənin dayandırılmasına, bunun ardınca isə yeni ölümlərin və əsirlərin sona çatmasına olan ümidləri özünü doğrultmadı. Dekabrın 16-da Yerevan KİV bildirib ki, Şirak vilayətindən Qarabağa göndərilən 100 nəfər silahlı şəxs əsir götürülüb. Onlar əsasən icmaların rəhbərləri, onların müavinləri və məktəb direktorlarıdır. Onların çəkdikləri fotolardan göründüyü kimi, bu könüllülər Azərbaycan ordusuna müqavimət göstərməyə qadir deyil, lakin digər hərbçilərin

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti (ADQC) 1948-1953-cü illərdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiya edilməsinin növbəti ildönümü ilə bağlı bəyanat yayıb. Dalidag.az xəbər verir ki, sözügedən bəyanatda erməni millətçiliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətindən bəhs edilir. ADQC xatırladır ki, indiki Ermənistandan azərbaycanlıların deportasiya dalğalarından biri 1947-ci il dekabrın 23-də SSRİ lideri İ.V.Stalinin “Ermənistan SSRİ-dən

Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib. Dalidag.az xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır. Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib. “10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, - Azərbaycan hərbçiləri ermənilərə belə

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Vətən Müharibəsinin iştirakçısı, xoş təbəssümü və məşhur "Vətən yaxşıdır" mahnısı ilə yaddaşlarda qalan qəhrəman şəhid Xudayar Yusifzadəyə şeir həsr edib. Dalidag.az bildirir ki, şücaətli gizir ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. C.Qurbanovun şəhidimizə həsr etdiyi sözügedən şeiri təqdim edirik:

Güman edirəm ki, ən azından, gələn ilin yayında bir qisim insanların Şuşaya köçürülməsi baş verəcək. Bunu Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib. Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır: “Generatorlar vasitəsilə bütün şəhər işıqlanıdırılır.
Yazı axını