Namiq Dəlidağlı Bu gün atamın bu gidi dünyaya "əlvida" dediyi gündü. Atasızlığın ağrısını 11 yaşımda daddım. Soyuq dekabr günü. O vaxtdan ürəyim elə üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı-ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm...Bunu çəkənlər bilir, heç kimə diləmirəm...o gündən ürəyim qorxdu, çöldə-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Məmmədsəfi kəndindən videogörüntülər paylaşıb. Dalidag.az həmin videonu təqdim edir:

Xırdalan şəhərində Yüngül Konstruksiyalar Zavodunun yardımçı binasında məskunlaşmış Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün məskunlaşdıqları binanın uçması səbəbindən qarşılaşdıqları problemlə bağlı bu rayondan Milli Məclisin deputatı Aqil Məmmədova müraciət ediblər. Müraciətdə qeyd olunub ki, binanın uçmasından sonra sakinlərin bəzilərinə müvəqqəti qalmaq üçün kirayə pulu ödənilib. Lakin, bəziləri bu yardımı ala bilməyiblər. Dalidag.az -ın məlumatına görə, məsələnin araşdırılması və

Son vaxtlar Azərbaycanın tarixi torpağı olan Zəngəzur mahalı ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Bəzi şəxslər Azərbaycanın Zəngəzuru qaytarmaq üçün beynəlxalq miqyasda məsələ qaldırmalı olduğunu düşünür. Qeyd edilir ki, 19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Krımın Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilməsi SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazı ilə qarşılanmışdı. Təklif edilir ki, Rusiya SSRİ dövründə verilən qərarı ləğv etdiyi kimi,

Cavad Mircavadov 15 yaşı olanda "Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. O, elə ilk günlərdən özünün bacarığı ilə rəssamın rəğbətini qazanır. Və bir müddət sonra kinoteatrın baş rəssamı afişa işlərinin hamısını Cavada tapşırır. Beləliklə, „Azərbaycan” kinoteatrının afişaları on beş yaşlı yeniyetmə rəssamın fırçasından çıxmağa başlayır. Lakin o məşum, amansız 1938-ci il idi. Ağına-bozuna baxmadan adamları tutur, bəxti üzünə gülənləri (bəxtə bax!) sürgünə

Azərbaycan Ordusuna məxsus tanklar Qubadlının Şahverdilər kəndinə daxil olub. Dalidag.az xəbər verir ki, bu barədə sosial mediada video paylaşılıb. Bildirək ki, ermənilər bu kəndi işğal edərək, Ermənistanın Sünik vilayətinin Vorotan kəndi adlandırmışdılar.

Revanşizm, “azadlıq müharibəsi” hazırda Ermənistan cəmiyyətinin müxtəlif qruplarını birləşdirən demək olar ki, yeganə mövzudur. Qarabağın guya “əzəli erməni torpağı” olduğuna dair milli ideya kimi... Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib. “Daha əvvəl də dediyim kimi, müharibə dövlət başçılarının qərarı ilə dayandırıla bilər, lakin bütün bir millətin şüurunu bir gecədə dəyişdirmək mümkün deyil. Bu gün müşahidə olunanlar uzun illər

Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Dalidag.az xəbər verir ki, “Azərenerji”dən verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidən qurulmaqla yanaşı

Kəlbəcərdən Göyçəyə gedən gizli tunelin görüntüləri yayılıb. Dalidag.az xəbər verir ki, iddiaya görə bu tunelu ruslar qizil axtararkən qazıb. Görüntüləri çəkən hərbçimiz tunelin çox təhlükəli olmasına baxmayaraq ayaqyalın, buz kimi suda ayağını çınqıl daş kəssə də 1 km-ə yaxın ərazini tərəddüdsüz qət etdiyini söyləyir. Həmin görüntüləri təqdim edirik:
Yazı axını