Reklam
Millət vəkilinin təşəbbüsü ilə “Qaçqınkom”da görüş keçirildi
25-12-2020 14:31

Xırdalan şəhərində Yüngül Konstruksiyalar Zavodunun yardımçı binasında məskunlaşmış Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün məskunlaşdıqları binanın uçması səbəbindən qarşılaşdıqları problemlə bağlı bu rayondan Milli Məclisin deputatı Aqil Məmmədova müraciət ediblər. Müraciətdə qeyd olunub ki, binanın uçmasından sonra sakinlərin bəzilərinə müvəqqəti qalmaq üçün kirayə pulu ödənilib. Lakin, bəziləri bu yardımı ala bilməyiblər.
Dalidag.az-ın məlumatına görə, məsələnin araşdırılması və problemin yoluna qoyulması məqsədilə millət vəkili Aqil Məmmədovun təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünləri İşlləri üzrə Dövlət Komitəsində komitə əməkdaşları və məcburi köçkünlərin iştirakı ilə görüş təşkil olunub.
Komitə əməkdaşları bəzi köçkünlərə kirayə pulu ödənilməməsini onların həmin binada qeydiyyatda olsalar da, faktiki orda yaşamamaları ilə əlaqələndiriblər. Məcburi köçkünlərə izah olunub ki, sözügedən binada daimi yaşayışı təsdiq edən sənədlər təqdin olunduqdan sonra məsələyə yenidən baxılacaq.
Deputat A.Məmmədov köçkün ailələrin vəziyyətinin nəzərə alınmasının zəruri olduğunu qeyd edib. O, məsələni diqqətdə saxlayacağını bildirib.
Kateqoriya: Sosium
Tarix: 25-12-2020 14:31
Baxış sayı: 3344Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























