Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov

Azərbaycan ordusunun 28 il 6 aydan sonra noyabrın 8-də işğaldan azad etdiyi Şuşa şəhəri işğal dövründə dağıntılara məruz qalıb, bir çox tarixi və mədəni abidələri baxımsız hala düşüb. Dalidag.az report-a istinadən Qarabağın incisi sayılan Şuşadan eksklüziv görüntüləri təqdim rdir: Kadrlarda Azərbaycan üçün tarixi əhəmiyyəti olan Yuxarı Gövhər Ağa Məscidinin, məşhur Şuşa bazarının və bir sıra tarixi yerlərin görüntüləri yer alıb.

2014-cü ilin yayında doğma yurd-yuvalarını ziyarət edən zaman girov götürülən Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılacaq. Ermənistan KİV xəbər verir ki, onların yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir. Azərbaycan isə Ermənistana Qarabağda əsir düşmüş onlarla hərbi qulluqçunu geri qaytaracaq. Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığa buraxılması barədə rəsmi Bakının tələbinə baş nazir Nikol Paşinyanın uzun məsləhətləşmədən sonra müsbət

Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Zar kəndindən videoreportaj hazırlayıb. Dalidag.az həmin reportajı təqdim edir:

Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə gizlənən erməni terrorçuları qətiyyən geri çəkilməyəcəklərini və sona qədər döyüşəcəklərini bildiriblər. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı erməni Teleqram səhifələri qeyd edib. Məlumata görə, video-müraciətlə çıxış edən terrorçular İrəvanda yaşayan erməniləri də onlara qoşulmağa səsləyib. Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti meşəlik ərazilərdə gizlənən erməni terrorçulara qarşı 11 dekabrda

Rusiya sülhməramlı kontingentinin əsgərləri Laçın dəhlizindəki nəzarət məntəqələrini təchiz etməyə davam edirlər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətrafı hərtərəfli müşahidə etmək üçün hazırlanmış “yoxlama məntəqəsi” istehkamları ilə təchiz edilib. Qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl

Əsgərlərimiz Xocavənd rayonunun Tağlar kəndində gizli erməni sığınacağı aşkarlayıb. Üçtərəfli bəyanata əsasən ərazidən çəkilməli olan, lakin bu şərtlərə əməl etməyərək terror əməliyyatları törədən erməni silahlı qüvvələrinin bir qrupu qəhrəman əsgərlərimiz tərəfindən zərərsizləşdirilib. Onların sığınacağı aşkarlanıb. Əsgərlərimiz həmin sığınacağı videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar: Dalidag.az

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ

Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xatirə lövhəsi yerləşdirib. Dalidag.az xəbər verir ki, Xarıbülbül formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub. Bu barədə sözügedən alpinistlər sosial şəbəkədə məlumat veriblər. Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüş marşrutunun yaxınlığında yerləşən bu lövhə gələcəkdə ərazidən keçən yerli və xarici

Haber Global” Daşaltının azad edilməsi ilə bağlı video yayıb. Dalidag.az xəbər verir ki, məlumatda Daşaltı kəndinin Şuşaya gedən yolda yerləşdiyi üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib. "Birinci Qarabağ Müharibəsində Daşaltı əməliyyatına aid sənədlər erməni sepatarçılarının əlinə keçib və Azərbaycan o kənddə 90 şəhid verib", - deyə qeyd olunub. Həmin kəndin azad edilməsi ilə bağlı döyüşlərdə iştirak edən Amil Hüseynovun “Haber Global”a müsahibəsini təqdim edirik: Dalidag.az
Yazı axını