Daha bir həmyerlimiz 28 ilin həsrətindən sonra Kəlbəcərə qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, Kəlbəcərlilərin yaxşı tanıdığı, fərqli ifa tərzi, yanıqlı səsi ilə könülləri fəth edən aşıq Duman Qasımov vəfat edib. Allah rəhmət eləsin! Dalidag.az

Dünyaca məşhur fotoqraf Reza Deqati Kəlbəcər rayonundan yeni foto paylaşıb. O, bu barədə öz “Twitter” hesabında qeyd edib. “Murov dağına çatanda 3840 metr hündürlükdən Kəlbəcərin gözəlliyinə heyran oldum. Azərbaycan əsgərlərinin mövcudluğu mənə müharibəni və bu regionun ermənilər tərəfindən işğal edildiyini xatırlatdı. Xatirələr keçmişdən geri qayıdır”, - deyə o qeyd edib. Dalidag.az

Uşaqlıq, gənclik illərinin xatirələri heç vaxt unudulmur. İllər ötdükcə həmin xatirələrə dönə-dönə qayıdırsan, ötənləri göz önünə gətirirsən. Müxtəlif hadisələrin yaddaşına hopan xatirəsi fonunda kövrəldiyin, ah çəkdiyin, eyni zamanda üzünün təbəssümə boyandığı xoş məqamlar olur. Uşaqlıq, gənclik illərinin dostu Vidadi Murtuzayevlə ötənlərə döndük, xatirələrimizi vərəqlədik, Kəlbəcərli günlərimizin xoşbəxt anlarına qayıtdıq, sonrakı illərin acı gündəliyini vərəqlədik. Vərəqlədikcə bir ömrün

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir. Bu barədə news.am məlumat yayıb. "Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir... Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur", - deyə Xaçatryan şikayətlənib.

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: - Kəlbəcər noyabrın 25-də Azərbaycana təhvil verilib, erməni keşişlər orada nə gəzir? Erməni keşişlər ibadət etmək üçün Rusiya sülhməramlıları vasitəsilə icazə istəyib və icazə verilib. Azərbaycanın bütün dini inanclara hörmət edən ölkə kimi bunu etməsi həm təbiidir, həm də “Qarabağda xristian abidələri dağıdılır” kimi iddialar üzərindən edilən hücumlara qarşı siyasi

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında necə aciz qaldıqlarını etiraf edib. “Sputnik Armenia” saytına müsahibə verən 20 yaşlı Seyran Soqoyan əsgəri xidməti zamanı tank bölməsinə təyin olunub. Onun sözlərinə görə, erməni əsgərlər ən çox Azərbaycanın Cəbrayıl rayonu ərazisində məhv edilib: “5 oktyabr tarixində həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən həqiqətən çox itkilərimiz oldu. PUA-lar bir neçə
Yazı axını