"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov və ailə üzvləri Cavid Qurbanov və Leyla Qasımova, o cümlədən digər ailə üzvləri şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək məqsədilə yaradılan "YAŞAT” fonduna ianə edib. Dalidag.az xəbər verir ki, ümumilikdə 40 min manat "YAŞAT” Fonduna vəsait köçürülüb. Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 8 dekabr 2020-ci il tarixində "YAŞAT” Fondu yaradılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Seyidlər kəndindən videoreportaj hazırlayıb. Dalidag.az həmin videoreportajı təqdim edir:

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin

Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıqovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb. Dalidag.az xəbər verir ki, on illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bu gün naməlumdur. Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamır.

Nikol Paşinyan matəmdən hətta siyasi məqsədləri üçün istifadə edir. Dalidag.az xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan deyib. O qeyd edib ki, Nikol Paşinyan hiyləgərlik işlədərək müxalifətin mitinqinin təyin edildiyi tarixdə matəm elan edib: “Niyə 45 gün yas elan etmədi? Çünki hətta yasdan öz siyasi məqsədləri üçün istifadə edir”. “Xalqımız ölkəni satan bu adamı qəbul edə və buna dözə bilməz. Ona “butulka tutan” Andranik Köçəryan və bir neçə nəfər dəstək verir.

COVİD-19-a qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və ilin ortalarına, axırlarına doğru ölkələrə paylanılacaq. Dalidag.az xəbər verir ki, bunu trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir: “Ümidverici 11 vaksin var ki, onlar hazırda 3-cü sınaq mərhələsindədirlər. Sınaq mərhələləri

Azərbaycanla Ermənistan arasına dövlət sərhədinin demilitasiyası davam edir. Dalidag.az xəbər verir ki, sərhədlərin yenidən müəyyənləşməsi nəticəsində Ermənistanın Cermuk vilayətinin otlaq sahələri Azərbaycanın nəzarətinə keçib. Cermukun bələdiyyə sədri Vardan Ohannisyan deyib ki, Azərbaycan hərbçiləri sərhədləri dəqiqləşdirmək həmin əraziyə gəlib. “Həmin gün mən də sərhəddə idim. Sərhədddin delimitasiyasi əlaqədar tərəflər arasında danaşıqlar aparıldı. İndi sərhəd Cermukdan 12 kilometr
Yazı axını