Zəfər Verdiyev adlı sosial şəbəkə istifadəçisi I Qadabağ müharibəsi iştirakçısı, əslən Kəlbəcərdən olan Əhəd Verdiyevin köməyə ehtiyacı olduğunu bildirir və səslərinin icra başçısına, deputata çatdırılmasını istəyir. Dalidag.az Z. Verdiyevin harayını diqqətə çatdırır: "Bu şəxs, Kəlbəcər sakini Verdiyev Əhəd 1993 -94-cü illərdə Kəlbəcər uğrunda gedən döyüşlərdə hər iki ayağını itirib. Onun protezini yeniləmək üçün "Medikom Ortepedi"yə müraciət etdik, bizi qəbul etdilər lakin, Əhədin səhhəti ilə

Sabiq icra başçısı: “Kəlbəcərə qayıdacaq əhalinin rahat və təhlükəsiz yaşayışını təmin etmək üçün Ağdərə yolu açılmalıdır, indiki halda bunun alternativi yoxdur” “Ağdərə-Kəlbəcər yolunun bağlı olması nə siyasi, nə iqtisadi, nə də işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyi baxımdan Azərbaycana yaxşı heç nə vəd etmir. İndi bizim üçün ən vacib məsələ işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərdə düşmənin dağıtdığı infrastrukturu bərpa etmək, əhalinin öz yurduna qayıdışı üçün lazımi

O, döyüş dostları ilə birgə Laçında neçə vaxtdır “at oynadır”. Hələ özlərinin ilk "özəl iaşə obyektlərini" - "Veteran" çay evini də yaradıblar Valideynləri Laçından olsa da, Bəhruz (əsl adı Pərvizdir, ancaq hamı onu Bəhruz kimi tanıyır) Sumqayıtda dünyaya gəlib – 3 aprel 1993-cü ildə, Laçının işğalından 11 ay sonra. Laçın haqqında, onun əlçatmaz dağları, geniş düzləri, sıx meşələri, gur və saf sulu çayları haqqında ancaq atasından eşidib, o yerləri yalnız şəkillərdə, köhnə videolarda görüb.

Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o

Bütün ermənilərin katolikosu birinci Aram 2021-ci ili “artsax ili” elan edib. Dalidag.az xəbər verir ki, bu sözləri ermənişünas alim İsmayıl Tanrıverdi deyib. “Klikiyada oturub ermənilərə göstəriş verən, xalqının, ölkə başçısının acı məğlubiyyətindən utanmayan bu “din xadimi” indi də 2021-ci ili “artsax ili” elan edib. Bir ölkənin ki dini lideri öz xalqını bilərəkdən qonşu ölkənin torpaqlarını işğal etmək üçün səfərbər olmağa çağırır, ondan və ya o xalqdan nə gözləyəsən? Yəqin ki, bu çağırışın

Bəzi erməni liderlərinin revanş haqda çığır-bağırları əhalini mövcud problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, ermənilər intiqam almaq üçün çığır-bağır salır, lakin onlarda heç nə alınmır: “Çökmüş iqtisadiyyat və tam bir siyasi kollaps fonunda xalqa yeni müharibə haqqında danışmaq tam axmaqlıqdır. Xalqa çörək lazımdır, o isə

Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi və mübahisəli ərazilərlə bağlı müzakirələrə ehtiyac var. Məsələ ondadır ki, iki ölkə arasında sərhədlər keçən əsrdə bir yox, bir neçə dəfə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə dəyişdirilib. Real sərhədlər isə Paris Sülh Konfransı ilə təsdiqlənən xəritələrdədir. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədinin

Ermənistan hökuməti dekabrın 24-də keçiriləcək iclasda qış mövsümü üçün hərbi xidmətə çağırış və tərxis elan edilməsi məsələsinə baxacaq. Dalidag.az xəbər verir ki, bu il qış mövsümü üçün Ermənistanda 2 dəfə hərbi xidmətə çağırış və tərxis elanı planlaşdırılır. Buna səbəb 44 günlük müharibədə ordusunun canlı qüvvəsinin sıradan çıxmasıdır: 10 minə qədər ölü, bunun iki qatı qədər yaralı, 3 minə qədər itkin var. Xarici ekspertlər isə Ermənistanın itkilərinin 25-30 min arası olduğunu qeyd edirlər.
Yazı axını