Reklam

Naxçıvanla dəhlizlə yox, tarixi ərazimizlə birləşməliyik
24-12-2020 11:34
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi ilə bağlı aparılan işlər haqda danışarkən deyib.
O bildirib ki, Ermənistanın müstəqilliyi Paris Sülh Konfransının təsdiqlədiyi xəritələr əsasında tanınmalı idi:
"Müstəqilliyin ilk illərində Azərbaycanın atdığı yanlış xarici siyasi addımlardan bəlkə də ən pisi Ermənistanın müstəqilliyini 1918-ci il sərhədləri ilə tanımamaq idi. Dövrün Azərbaycan rəhbərliyi bu tarixi səhvi dərk edə biləcək potensiala malik deyildi.
Paris Sülh Konfransında iştirak edən erməni, gürcü və Azərbaycan təmsilçiləri nəhayət de-yure müstəqilliklərini tanıda bildi. Daha sonra hər üç ölkə rəhbərliyinin imzası ilə regionun siyasi xəritəsi təsdiqləndi. SSRİ dövründə isə əvvəlcə Zəngəzur, daha sonra bir sıra digər ərazilər Ermənistana verildi. Ermənistan rəhbərliyi hətta Naxçıvan və Qarabağa da iddia etməyə başladı.
SSRİ dağıldıqdan sonra müstəqil olan Azərbaycan sovet dövründə dəyişdirilən və Azərbaycan SSR-in verdiyi heç bir qərarı tanımamalı idi. Çünki bu qərarlar Azərbaycan xalqının iradəsi ilə deyil, Kremlin əmri ilə verilmişdi. Necə ki, Azərbaycan SSR ADR-nin verdiyi qərarları tanımadı, Azərbaycan Respublikası da Azərbaycan SSR-in qərarlarını tanımamalı idi. Sərhədlər Paris Sülh Konfransının təsdiq etdiyi kimi olmalı idi”.
Politoloq qeyd edib ki, keçmiş Dağlıq Qarabağın statusu məsələsini yenidən ortaya atanlara Azərbaycan Zəngəzuru və Göyçəni əhatə edən ərazilərin statusu ilə cavab verməlidir:
“Ermənistan-Azərbaycan sərhədinin yenidən bərpa edildiyi bu günlərdə bəzi qüvvələr Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordumuzun və xalqımızın iradəsi ilə hərbi yolla alınan torpaqlarımızda yenidən status məsələsini dilə gətirir. Ümumiyyətlə, ölkə başçısının dediyi kimi, status ola bilməz. Əgər bu gün hansısa qüvvələr bu məsələni yenidən qabardacaqsa, Azərbaycan da Zəngəzur-Göyçə mahallarını əhatə edən ərazinin statusunu ortaya atmalıdır. Naxçıvanla quru əlaqəmiz yalnız dəhlizlə deyil, tarixi torpaqlarımızın hesabına olmalıdır”.
Dalidag.az



Yazı axını
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
Ən çox oxunanlar