Laçın Rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə trend-ə icra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır: "Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda

Dəlidağ.az tarix elmləri doktoru, professor, BDU-nun tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tədqiqatçı alim Qüdrət İsmayılzadə ilə videomüsahibəni təqdim edir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən

“Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın vaxtda işğal altında olan torpaqlarımızı erməni işğalından azad etdi. Biz Zəfər qazandıq. Artıq işğaldan azad olunmuş ərazilərimizə Azərbaycan ordusu nəzarət edir. Rayon polis şöbəsinin əməkdaşları bu ərazilərdə xidməti fəaliyyətini həyata keçirir”. Dalidag.az xəbər verir ki, bu fikirləri turkustan.info-ya açıqlamasında Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib. Millət vəkilinin sözlərinə görə

Türkiyə hərbçiləri dekabrın 10-da Bakıda keçirilməsi nəzərdə tutulan Vətən müharibəsində Qələbəyə həsr olunan paradda iştirak etmək üçün Bakıya gəlib. Dalidag.az xəbər verir ki, onlar dekabrın 8-də paytaxt küçələrində məşq ediblər. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qələbə paradında iştirak edəcək.

İşğaldan azad edilmiş Şuşa şəhərində xidmət başında olan hərbçilərimizdən biri öz baba evini tapıb. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda hərbçimizin doğma evinə girərkən necə sevindiyi, dostlarına həmin ev haqqında danışması əks olunub. Sözügedən videonu təqdim edirik:

Parisin hərəkəti havayı cəhddən başqa bir şey deyil. Əlbəttə, əgər belə bir məsələ ortaya qoyulsaydı, Fransanı Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırmaq olardı. Parisin bir çox bəyanat və hərəkətləri nüfuzlu və varlı erməni icmasının lobbiçiliyini və motivasiyasını göstərir. ABŞ-da da belədir. Bilirik ki, ABŞ Konqresində güclü erməni lobbisi mövcuddur. Dalidag.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib. “Düşünürəm ki, Bakı Fransa tərəfdən bu siyasi təxribatlara ciddi reaksiya

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransaya səfər edəcək. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, 8-9 dekabr tarixlərində Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. O, səfər zamanı fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək. Xatırladaq ki, 6-7 dekabrda Ayvazyan Moskvada səfərdə olub, orada Rusiya xarici işlər naziri Sergey Lavrov və KTMT-nin Baş katibi Stanislav Zas ilə danışıqlar aparıb. Dalidag.az
Yazı axını