Reklam
"Kəlbəcərlilərin hislərini yaxşı anlayıram, çünki, özüm də..."- Aqil Məmmədov
08-12-2020 16:33
“Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın vaxtda işğal altında olan torpaqlarımızı erməni işğalından azad etdi. Biz Zəfər qazandıq. Artıq işğaldan azad olunmuş ərazilərimizə Azərbaycan ordusu nəzarət edir. Rayon polis şöbəsinin əməkdaşları bu ərazilərdə xidməti fəaliyyətini həyata keçirir”.
Dalidag.az xəbər verir ki, bu fikirləri turkustan.info-ya açıqlamasında Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib.
Millət vəkilinin sözlərinə görə hazırda ərazisi işğaldan azad olunmuş rayonlarımızın sakinləri, o cümlədən, kəlbəcərlilər doğma torpaqlara ayaq basmaq, öz yurd-yuvalarını, əzizlərinin məzarlarını, tarixi yerlərimizi ziyarət etmək istəyir: “Bununla bağlı mənə də çoxlu müraciətlər olur. Mən bu hissləri yaxşı anlayıram. Çünki, bu hissləri özüm də keçirirəm. Eyni zamanda, insanların bu niyyətlərini anlamaq lazımdır. 27 ildən artıq həsrətində olduqları, bəzən onlar üçün əlçatmaz olan yerlərə yenidən qovuşmaq izaholunmaz hissdir. Bu istək onu deməyə əsas verir ki, gələcəkdə bölgələrimiz təhlükəsiz hala gələndə, orada vətəndaşlarımızın qayıdıb məskunlaşması həm sürətli, həm də kütləvi hal alacaq”.
A.Məmmədov bildirir ki, hazırda dövlətin qarşısında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması, bərpa və quruculuq işlərinin aparılması durur: “Cənab Prezidentin tapşırığı ilə Dağlıq Qarabağ və ətraf rayonların inkişaf proqramı hazırlanıb həyata keçiriləcək. 2020-ci ilin əvvəlindən indiyədək koronavirus pandemiyası, həmçinin, 44 günlük müharibə Azərbaycanın dövlət büdcəsində böyük itkilərə səbəb olub. Bununla belə, Azərbaycanın iqtisadi potensialı genişdir. Azərbaycan dövləti azad olunan rayonların sosial-iqsitadi inkişafını təmin edəcək. Artıq bu ərazilərdə ilkin infrastruktur işləri həyata keçilir, yollar, həmçinin, dəmir yolunun çəkilməsi üçün göstərişlər verilib. Bərpa işlərinin hansı müddətdə başa çatdırılması haqda proqnoz verməyi doğru hesab etmirəm. Qış fəsli ilə əlaqədar ərazilərin minalardan təmizlənməsində işlərində də müəyyən çətinliklər var.
Eyni zamanda, işğaldan azad olunmuş kəndlərimizin, şəhərlərimizin, tarixi abidələrimizin necə dağıdıldığını şahidi olduq. Dəymiş zərərin hesablanması üçün yerli və beynəlxalq ekspertlərin birlikdə hazırlayacağı hesabatlara ehtiyac vardır. Bu, Ermənistandan təzminat tələbi üçün lazımdır. Bu hesablandıqdan sonra digər işlərə başlamaq olar. 27 ildən artıq doğma yurd həsrəti ilə yaşayan insanların həyatlarını təhlükəyə atmaq doğru olmazdı. Ərazilər minalardan təmizləndikdən, təhlükəsiz bölgə elan olunduqdan sonra artıq yurda qayıdış hərəkatı başlayacaq. Bu baxımdan, doğma yurda getməyə tələsən vətəndaşlarımıza bir az da səbrli olmağı tövsiyə edirəm. Biz 27 ildən artıq arzusunda olduğumuz torpaqlarımıza birlikdə gedəcəyik”.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 08-12-2020 16:33
Baxış sayı: 2416
Yazı axını
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
Ən çox oxunanlar