Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Dalidag.az FHN-ə istinadən xəbər verir ki, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, bundan əvvəl FHN-in

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi qazisi Musayev Vahid Azər oğlu ilə görüşüb. Onun səhhəti və müalicəsi ilə maraqlanıb. Dalidag.az -ın məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qazanılan tarixi qələbə münasibətilə qazi Musayev Vahidi təbrik edib, ona şəfa diləyib. Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı.Qazanılan qələbədə

İbrahim Səfərlərin ömürnaməsindən və sinə dəftərindən bəzi səhifələr... Doğru deyiblər ki, doğmaların doğması qardaş-ba­cı­dır­sa, on­larla dostluq etməlisən ki, bir az da yaxından ta­nı­ya­san. Dost­la­rı­mın arasında doğmalaşanları az de­yil. Val­lah bil­mirdim ki, doğma­larımın arasında dost seç­mə­li ol­sam, kimin üzərində daya­na­­­ram. Bu gün isə deyirəm: Səni, əziz qardaşım – İbrahim! Uşaq vaxtlarımdan bu dilemma qarşısında qal­­mış­­­dım. La­kin Kəlbəcərin işğalından sonra bu sua­lın

Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi. Dalidag.az -ın məlumatına görə, ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin unudulmaz və əziz xatirəsi böyük ehtiramla yad edildi. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının kollektivi və

Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda "Xocalı soyqırımı" muzeyinin yaradılması nəzərdə tutulur. Dalidag.az bildirir ki,bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb. Tədbirlər planına əsasən, Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq. Tədbirlər Planında Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad

Ermənistan mətbuatı Azərbaycan silahlı qüvvələrinə məxsus iki "Ural" markalı hərbi avtomobilin Zəngəzur mahalının Gorus şəhərində hərəkət etdikləri haqda məlumat paylaşıb. Dalidag.az xəbər verir ki, ermənilərin yaydığı videoda buna təəccüb etdikləri görünür. Azərbaycan MN yayılan video ilə bağlı hər hansı açıqlama verməyib.axar.az

Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən ikinci hissəni təqdim edir: CƏHƏNNƏMDƏN QAÇIŞ (novella - II hissə) A lov püskürən əjdaha kimi gecənin qaranlığını yara-yara səmada sayrışan qrad və top mərmiləri kəndi cəhənnəm atəşinə bürümüşdü. Azğınlaşmış düşmən döyüş mövqelərindən daha çox dinc əhalini hədəfə almışdı. Əslində ermənilər bu ərazilərə, xüsusən də sərhəddə olan hər iki Azərbaycan kəndinə orada məskunlaşmış yerli sakinlərdən

Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə

Azərbaycanda hərbi vəziyyət ləğv olunub. Dalidag.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.
Yazı axını
 
 
 
29 / 04 / 2024