Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
12-12-2020 11:54

Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda "Xocalı soyqırımı" muzeyinin yaradılması nəzərdə tutulur.
Dalidag.az bildirir ki,bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb. Tədbirlər planına əsasən, Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq.
Tədbirlər Planında Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının "Qırmızı kitab"ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Qarabağ Elmi Bölməsinin Bioresurslar İnstitutunun, Qarabağ regionuna aid bitkilərin toplandığı Nəbatat Bağının yaradılması alimlərimizin qarşısına qoyulan vəzifələrdəndir.
Həmçinin Suqovuşan, Xudafərin və Qızqalası su anbarlarının, Oxçuçay, Həkəri və Bərgüşad çaylarının hidrofaunasının tədqiqi, ermənilər tərəfindən talan edilən, saxtalaşdırılan tarixi-mədəni abidələr, muzeylər, onlara daxil olan eksponat və artefaktların sənədləşdirilməsi, zərərgörmüş, dağıdılmış abidə və itmiş əşyalar haqqında məlumatların sistemləşdirilərək nümayiş etdirilməsi, arxeobioloji qalıqların müvafiq analizi də Tədbirlər planında öz əksini tapıb.
Eyni zamanda M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın "Gül dəftəri" əlyazmasının YUNESKO-nun "Dünya yaddaşı" reyestrinə daxil edilməsinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpasının, Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ arxeoloji mərkəzinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, Tədbirlər planı ümumilikdə 2021-2035-ci illəri əhatə edir.

Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 12-12-2020 11:54
Baxış sayı: 2761Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30

.jpg)