Reklam
Kəlbəcər rayon İH-nin başçısı Vətən müharibəsi qazisi ilə görüşdü- ŞƏKİL
12-12-2020 15:30

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi qazisi Musayev Vahid Azər oğlu ilə görüşüb. Onun səhhəti və müalicəsi ilə maraqlanıb.
Dalidag.az-ın məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qazanılan tarixi qələbə münasibətilə qazi Musayev Vahidi təbrik edib, ona şəfa diləyib.
Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı.Qazanılan qələbədə Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyükdür. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi.
Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb.Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu Vahid Musayev Vətən müharibəsinin başladığı ilk gündən cəbhənin ən qaynar nöqtələrində döyüş tapşırıqlarını yerinə yetirib.O, Füzuli, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.O noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb və döyüş meydanını tərk etməkdən imtina edib.Lakin ona bu vəziyyətdə döyüşə bilməyəcəyini bildirib müalicəyə göndəriblər. Evlidir,bir övladı var.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid ailələri, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb.O, bildirib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar. Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər.
Qazi Vahid Musayev göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özü və ailəsi
adından minnətdarlıqlarını ifadə edib.
Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 12-12-2020 15:30
Baxış sayı: 3345Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























