6 ildən sonra Ermənistandakı girovluqdan azad edilən Şahbaz Quliyev evinə qayıdıb. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə Şahbaz Quliyevin evində anası və digər ailə üzvləri ilə görüşünü əks etdirən görüntülər yayılıb. İllərlə oğlunu görə bilməyən ana sevinc göz yaşları içində oğluna sarılıb. Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar dekabrın 14-də

Türkiyənin Sivas şəhərində asılmış Azərbaycan bayrağını çıxarıb zibil qutusuna atan qadın saxlanılıb. Dalidag.az xəbər verir ki, hadisə şahidləri qadının Azərbaycan bayrağını bir neçə yerdən çıxardığını, sakinlərin isə buna dərhal sərt reaksiya verdiklərini bildiriblər. “Bayraqları söküb zibil yeşiklərinə atırdı, mən də onları oradan çıxardım. Qadının qarşısını almağa çalışdım, məni təhqir etdi. Şahid olan başqa vətəndaşlarla birlikdə polisə ifadə verəcəm”, - hadisə şahidlərindən biri deyib.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 6 ildən çox erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin, eləcə də, bir çox əsir və girovların azadlığı təmin olundu. Dekabr ayının 14-də əsir və girovlar təyyarə ilə Bakıya gətirildi. Dalidag.az xəbər verir ki, pandemiya ilə əlaqədar karantinə alınan D.Əsgərov artıq evə buraxılıb. Bu barədə onun oğlu Kürdoğlu Əsgərov məlumat verib və sosial şəbəkədə faktı təsdiqləyən şəkil paylaşıb. Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev

Ağdamın Qızıl Kəngərli kəndində "Report" İnformasiya Agentliyinin çəkiliş qrupu hərbçilərlə həmsöhbət olarkən aydın olur ki, onların Vətənlə bağlı arzuları eynidir - qalib ordunun sıralarında xidmət etdikləri üçün qürur duyurlar, Vətənin keşiyində dayanmağı özləri üçün fəxr bilirlər. Dalidag .az-ın məlumatına görə, gizir Ramil Bayramov bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovla yaxın dost olublar və hər zaman arzusu olub ki, Mübarizin şəhid olduğu postu düşmənlərdən azad etsin: "8 ildir

Qarabağı tərk etməyən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar. Dalidag.az xəbər verir ki, bunu Rusiyanın “İnfo24.ru” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal qüvvələrin nümayəndələri qalıb: “Bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan işğalından azad olunan Kəlbəcər rayonunun Almalıq kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

"Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təhvil verilib". Dalidag.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov deyib. O bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir: "Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Syunik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana
Yazı axını