Reklam
Cəsur kəşfiyyatçı dostu Mübariz İbrahimovun qisasını aldı - Video
30-12-2020 13:08
Dalidag.az-ın məlumatına görə, gizir Ramil Bayramov bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovla yaxın dost olublar və hər zaman arzusu olub ki, Mübarizin şəhid olduğu postu düşmənlərdən azad etsin: "8 ildir ki, Vətənə xidmət edirəm. Kəşfiyyatçı kimi xidmətimlə fəxr edirəm, şərəfli peşədir. İlk döyüşlərimiz başladı Talış kəndi istiqamətindən, daha sonra Mübariz postundan. Biz bir gecədə 27 postu düşməndən azad etdik. Rəhmətlik Mübarizlə də mən çox yaxın dost olmuşuq. O postda döyüşmək mənimçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki bu mənim çoxdankı arzum idi. Bizə verilən döyüş tapşırıqlarını layiqincə yetirdik və xalqımıza qələbə sevincini yaşatdıq. Təbii ki şəhidlərimiz oldu, Allah onlara da rəhmət eləsin valideynlərinə və yaxınlarına səbr diləyirəm, qazi qardaşlarımıza da Tanrıdan şəfa diləyirəm. Ali baş komandana da öz təşəkkürümü bildirirəm ki, məni döyüşdə fərqlənməyə görə medalı ilə təltif etdi. Xalqımız da sağ olsun ki, bizim arxamızda dağ kimi dayandı".
Əsgər Xəzər Əliyev də Ağdamda xidmət etməsindən fəxr hiss keçirdiyini dedi: "Müharibənin ilk günlərindən xidmətdəyəm. Suqovuşandan Ağdama kimi döyüşlərdə iştirak etmişəm. Kəşfiyyat bölüyündə 5 ildən artıqdır ki, xidmət edirəm. Həmişə ali baş komandanımızın əmrini gözləmişik ki torpaqlarımızı yağı düşmən əlindən azad edək. Nəhayət o gün gəldi çatdı, bütün torpaqlarımızı müzəffər ordumuz tərəfindən azad etdik. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can-sağlığı versin. Biz məhz onların sayəsində bu gün ayaq üstdəyik və vətənimizin keşiyindəyik."
Əsgərlərlə söhbətdə onların təminatı, maddi-texniki təchizatı ilə maraqlandıq, ürəklərində olan arzuları eşitdik, öz yaxınlarına salamlarını çatdırdıq./report
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-12-2020 13:08
Baxış sayı: 4345Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























