Şahbaz Quliyev illər sonra anası ilə görüşdü – Video

30-12-2020 17:58
6 ildən sonra Ermənistandakı girovluqdan azad edilən Şahbaz Quliyev evinə qayıdıb.
Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə Şahbaz Quliyevin evində anası və digər ailə üzvləri ilə görüşünü əks etdirən görüntülər yayılıb. İllərlə oğlunu görə bilməyən ana sevinc göz yaşları içində oğluna sarılıb.
Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətirilmişdilər. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılıblar.

Dalidag.az






Kateqoriya: Sosium
Tarix: 30-12-2020 17:58
Baxış sayı: 3284
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını