Reklam
Dilqəm Əsgərov ailəsinə qovuşdu- Şəkil
30-12-2020 13:58
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 6 ildən çox erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin, eləcə də, bir çox əsir və girovların azadlığı təmin olundu. Dekabr ayının 14-də əsir və girovlar təyyarə ilə Bakıya gətirildi.Dalidag.az xəbər verir ki, pandemiya ilə əlaqədar karantinə alınan D.Əsgərov artıq evə buraxılıb. Bu barədə onun oğlu Kürdoğlu Əsgərov məlumat verib və sosial şəbəkədə faktı təsdiqləyən şəkil paylaşıb.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014- cü il iyun ayının 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüşdü. İşğal altındakı Dağlıq Qarabağda hər iki soydaşımız üzərində qanunsuz "məhkəmə" qurulmuş, qərara əsasən D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdu.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 30-12-2020 13:58
Baxış sayı: 4651Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























