Reklam
İrəvan Bakı ilə birgə hərbi əməliyyat keçirsin, yoxsa… - Şok
30-12-2020 12:46
Qarabağı tərk etməyən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar.Dalidag.az xəbər verir ki, bunu Rusiyanın “İnfo24.ru” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal qüvvələrin nümayəndələri qalıb:
“Bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali ilə, amma ilk növbədə, terror fəaliyyətində zəngin təcrübəsi olan Daşnaksütyun Partiyasından olan ultramillətçilərlə bağlıdır.
Belə birləşmələrin məhv edilməsi çox vacib vəzifədir. Məncə, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya sülhməramlılarının iştirak edəcəyi üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır.
Əgər bu baş verməsə, onda Azərbaycan birtərəfli şəkildə hərbi əməliyyat keçirəcək. Bu hücumlar davam edərsə, onların məhv edilməsinin zəruriliyi məsələsi gündəmə gələcək”.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 30-12-2020 12:46
Baxış sayı: 3324Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























