Əziz Qənbərov, hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü "TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR" Heydər Əliyev. Dəyərli yazarımız və dostum Elşən Əzim dünən və bir neçə gün əvvəl belə bir status paylaşıb: "Milli Qəhrəman adını daşıyan məktəbin direktoru olaraq bir şeyi müşahidə etməkdəyəm. Hələ də bəziləri üçün manat anlayışı Milli Qəhrəman anlayışından üstündür." digər status : "Desəm öldürəllər, deməsəm ölləm... Həmişə sözümü yeyib ölməkdənsə, sözümü deyib öldürülməyə üstünlük

Kəlbəcər rayonunun Zülfüqarlı kəndinin görüntüləri yayımlanıb. Dalidag.az xəbər verir ki, bununla bağlı videonu Müdafiə Nazirliyi paylaşıb.

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır. Dalidag.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Naira Zöhrabyan danışıb. O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut

II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib. Dalidag.az bildirir ki, bunu axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib. O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib: “Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”. Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.
Yazı axını