Reklam
Hadrut meşələrində gizlənən erməni əsgərləri kömək istəyiblər
06-12-2020 11:20

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.
Dalidag.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Naira Zöhrabyan danışıb.
O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut ətrafındakı Vəng kəndinin yaxınlığında, meşəliklərdə gizlənirlər.
"İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, təxminən bir neçə gün əvvəl meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda "911" xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır", - Zöhrabyan bildirib.
Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 06-12-2020 11:20
Baxış sayı: 3433Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























