Reklam
Kəlbəcərdə rüşvətxor, qohumbaz məmurlara torpağın ruhunu korlamağa imkan verməməliyik
06-12-2020 14:25
Əziz Qənbərov, hüquq müdafiəçisi,
Azərbaycan Vəkillər Kollegiyasının üzvü
"TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR"
Heydər Əliyev.
Dəyərli yazarımız və dostum Elşən Əzim dünən və bir neçə gün əvvəl belə bir status paylaşıb:
"Milli Qəhrəman adını daşıyan məktəbin direktoru olaraq bir şeyi müşahidə etməkdəyəm. Hələ də bəziləri üçün manat anlayışı Milli Qəhrəman anlayışından üstündür."
digər status:
"Desəm öldürəllər, deməsəm ölləm...
Həmişə sözümü yeyib ölməkdənsə, sözümü deyib öldürülməyə üstünlük vermişəm. Yaxınlarım yaxşı bilir ki, hətta buna cəhd edənlər də olub. BƏYİN OĞURLANMASI filmi bu gün çəkilsəydi yəqin ki, "o əjdahadan bizdə niyə yoxdur" sualı verilməzdi. Çünki Təhsil Nazirliyinin 8 saylı Gəncə Maliyyə Hesablaşma Mərkəzində bir əjdaha peyda olub."
Hamımızı narahat edən bu məsələ ilə bağlı yazı yazmağı özümə mənəvi borc bilirəm.
İlk öncə qeyd edim ki, mən Elşən müəllimi 10 ildən çoxdur şəxsən tanıyıram. Onun yazdığı şeirlərə heyran qalıb, özüm onu axtarıb tapıb dost olmuşam. Bu gün də dostluğumuz şükürlər olsun ailə dostluğu səviyyəsinə yüksəlib. Elşənin anasını özümün mənəvi anam hesab edirəm.
Elşənin həmişə haqqı söylədiyinə zərrə qədər şübhəm yoxdur. Əgər haqqı demədiyi vaxt olubsa, onun şəxsisinin qorxaqlığı ilə bağlı deyil. Bizim həm yaxşı, həm də pis bir məsələmiz var:"Kəlbəcərliyik, camaat bizə nə deyər" və.s bu tipli misallar. Bax, Elşən müəllim bu deyimə görə bəzən susubdur. Hətta elə hal olub ki, mən Elşənə demişəm ki, bu qədər sərt yazma, özünü qoru. Yuxarıda çəkdiyim misalın yaxşı və pis tərəfləri barədə deyəcəm.
Gələk Elşən müəllimin "ƏJDAHA"sına:
Elşən müəllim, o "Əjdahanı" məhz sizin kimi məktəb direktorları (söhbət şəxsən Elşən Əzimdən getmir) "böyüdüb", "bəsləyib", "boya başa" çatdırıb özünüzün boğazınıza çatı etmisiniz. Səbəbini deyim: Məhz seçki zamanı əksər (hamıya aid deyil) məktəb "direktorları" qızının, arvadının, gəlininin paltarını dəyişdirib məntəqə məntəqə gəzdirib seçkini saxtakarlaşdırdılar. Əgər bu gün xalqın seçdiyi deputat olsaydı, o xalqın yanında olardı. Onu təyin etdirənlərin yox. Məktəblərin bu ağır problemlərini dilə gətirərdi.
Rüşvətxor məktəb direktorları müəlliminin, şagirdinin, özünün gözükölgəli olan təhsil şöbəsinin müdirinin və təhsil inspektorunun yanında gözükölgəli işi olmasaydı ən azından səsini çıxardardı. Sənin məktəbin haqqında məlumatlıyam. Azdan çoxdan müəyyən işlər görmüsən. Müəllimlərinin, xadimələrinin yanında gözükölgəli işin yoxdur. Xadimələrin kartları digər məktəblərdən fərqli olaraq səndə deyil xadimələrin özündədir. Rəhmətlik Milli Qəhrəmanımız Şahlar Şükürovun adını daim uca tutmaq üçün əlindən gələni etmisən. Xətirinə dəysə də deyəcəm. Özün demiş, deməsəm ölləm. Çox təəssüflə qeyd edirəm ki, dəyərli Milli Qəhrəmanımız Şahlar Şükürovun bacısı Elmira xanımın vaxtında Kəlbəcər Təhsili ən bərbad günlərini yaşadı. Gedənin dalınca danışmaq adətim deyil deyə bu məsələni geniş yazmıram.
Bu gün bu məsələyə səsini çıxardan yeganə məktəb direktorusan. Ona görə də çox sağ ol.
Gələk, "KƏLBƏCƏRLİYİK, DANIŞSAM CAMAAT NƏ DEYƏR?" misalının mənfi və müsbət tərəfinə.
Əgər məmur rüşvət alırsa, xalqın malını mülkünü talan edirsə bunu edən kimliyindən aslı olmayaraq deyilməli, danışılmalı və ciddi tənqid edilməlidir. Bu zaman sən xalqın mənafeyini qarşına məqsəd qoyaraq etmisənsə əladır və vacibdir. Yox, bu tənqidin Kəlbəcərdən namizədliyini irəli sürüb hansısa namizəddən sonra pul alıb onun xeyrinə geri götürən namizədlər kimi şəxsi mənafe güdürsə təbii ki, bu da tənqid deyil. Mən bu rüşvətxor məmurlara və onların əlaltılarına KƏLBƏCƏRLİ deməkdən utanıram.
Ancaq iki sadə Kəlbəcərli bir biri ilə dünya malına görə düşmən olursa, bu misalın yeri var. Elə bilirəm ki, bu da aydın oldu.
Hörmətli və dəyərli Kəlbəcərlilərim, xüsusən özünə ziyalı deyən şəxslər!
Gec deyil! Təhsilimizi də, səhiyyəmizi də, mədəniyyətimizi də, rüşvətxor məmurlarımızı da düzəltmək öz əlimizdədir. Allah Şanli Ordumuzu, Ali Baş Komandanımızı qorusun, Şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində Kəlbəcərimiz azad olundu. Kəlbəcərimizə qayıdandan sonra da rüşvətxor, korrupsioner, qohumbaz məmura haqq səsimizi "KƏLBƏCƏRLİYİK" (əslində məmurlara münasibətdə deyilirsə, bu bir bəhanədir) adı altında çıxarmayacaqsınızsa, o zaman gedib O Müqəddəs torpaqların ruhunu korlamayın. Adınıza ziyalı deməyin.
Mən son damla qanıma qədər əsl Kəlbəcərlilərin hüquqlarının qorunmasını bundan sonra da özümə müqəddəs vəzifə biləcəyəm!
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 06-12-2020 14:25
Baxış sayı: 3937
Yazı axını
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23