Reklam
Rusiyanın erməni yaraqlılara qayğıkeşliyi: Ermənistan onları Qarabağa göndərir...
22-12-2020 12:40
Azərbaycanlıların və bir çox erməninin müharibənin dayandırılmasına, bunun ardınca isə yeni ölümlərin və əsirlərin sona çatmasına olan ümidləri özünü doğrultmadı. Dekabrın 16-da Yerevan KİV bildirib ki, Şirak vilayətindən Qarabağa göndərilən 100 nəfər silahlı şəxs əsir götürülüb. Onlar əsasən icmaların rəhbərləri, onların müavinləri və məktəb direktorlarıdır.
Onların çəkdikləri fotolardan göründüyü kimi, bu könüllülər Azərbaycan ordusuna müqavimət göstərməyə qadir deyil, lakin digər hərbçilərin olmamasına görə Ermənistan noyabrın 29-da onları müharibənin davam etdirilməsi üçün Azərbaycana göndərib. Amma döyüşməyə macal tapmamış mühasirəyə alınıblar. Azərbaycan hərbçiləri könüllü təslim olan 30-dan çox yaraqlını Rusiya sülhməramlılarına təhvil veriblər. Qalan 62 döyüşçünü tərksilah edib Bakıya göndəriblər.
Şirak vilayəti, Amasiya rayonunun Mehraşat yaşayış məntəqəsinin administrasiya rəhbəri Vaqram Saqatelyan bildirib ki, dekabrın 2-də onlar artıq postda durublar. "Mövqelərlə tanış etdilər, bundan sonra heç kim, hətta komandanlıq da bizimlə maraqlanmadı, bilmirdilər ki, bizim sağıq, başımıza bir iş gəlib, ya yox. Ancaq 4 gündən bir yemək göndərirdilər. 10-cu və ya 12-ci gün biz öyrəndik ki, mühasirəyə düşmüşük", - Saqatelyan deyib.
İndi onlar Ermənistanda, öz evlərindədir, xoş məram əlaməti olaraq və qəbul edilmiş "hamının (əsirlərin) hamıya" formulu çərçivəsində Azərbaycan tərəfi onları təhvil verib.
Ermənistanla Azərbaycan arasında yalnız bir dəhliz – "Laçın" dəhlizi fəaliyyət göstərdiyi üçün məlum olur ki, yaraqlılar ölkəmizə Laçın şossesi ilə daxil olublar, burada avtomobil nəqliyyatı sərnişinləri Rusiya "sülhməramlıları" tərəfindən yoxlanılır. KİV və sosial şəbəkələrdə erməni müəlliflər yazırlar ki, yoxlama simvolikdir, əsgərlərə "necəsiniz, hara gedirsiniz" kimi suallar verilir. Nadir hallarda baqajda silah axtarılır. Amma yaraqlıların Ermənistandan Qarabağa silahla və hərbi formada getməsinə gərək yox, yerində hər şey var.
Üçtərəfli bəyanatın mətnində dördüncü bənddə deyilir:
Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir.
Səkkizinci bənddə deyilir: hərbi əsirlərin və saxlanılan digər şəxslərin, həlak olanların cəsədlərinin mübadiləsi aparılır.
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bir hissəsinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxması ilə yanaşı, Qarabağa silahlı adamların yeni partiyasının göndərilməsi həyata keçirilir. Əsirlərin dəyişdirilməsi haqqında bənddə isə müvəqqəti məhdudiyyətlər nəzərdə tutulmayıb.
Vəkil Fuad Ağayev Facebook-da yazır: “Ermənistan ordusu bundan sonra da Qarabağ ermənilərinin fiziki təhlükəsizliyini təmin edəcək, bunun qarantı isə Rusiya Federasiyasının hərbi kontingenti olaraq qalır. Qarabağ ermənilərinin rəhbəri Araikin və "sülhməramlılar”ın çıxışlarından məlum olur ki, dördüncü bənd yerinə yetirilmir. Rusiya və Ermənistan öz öhdəliklərini yerinə yetirmək niyyətində deyil. Əksinə, Rusiya hərbçiləri erməni silahlı dəstələri müdafiə edirlər”.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qarabağda "sülhməramlılar”ın olduğu müddətdə orada insidentlərin olmaması barədə V. Putinə məruzə edib. General Şoyqu Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin bəyanat imzalamasından sonra bir neçə silahlı erməni qrupun aşkarlanmasını, əsgərlərin yaralanmasını, həlak olmasını, erməni dəstələrin əsir düşməsini insident hesab etmir.
Azərbaycan tərəfi Şoyqunun bəyanatı ilə bağlı etirazını bildirməyib.
Fuad Ağayev Turan ilə söhbətində deyib ki, silahlı ermənilərin Azərbaycana soxulmasına görə məsuliyyət Azərbaycanla Ermənistan arasında Laçın yolunda nəzarəti həyata keçirən Rusiya SQ-nin üzərinə düşür.
O, sülh yaranandan sonra Qarabağda erməni silahlı dəstələrin yaranmasına görə hüquqi məsuliyyət haqqında sualın cavabında deyib:
- 9 noyabr tarixli üçtərəfli bəyanatın elan edilməsindən və qüvvəyə minməsindən sonra erməni yaraqlıların Azərbaycan ərazisinə keçməsi və bu dəstələrin Azərbaycan ordusu ilə döyüşə girmək cəhdi o deməkdir ki, onlar kombatantlar deyil, çünki hətta Ermənistan dövlətinin nöqteyi-nəzərindən sülh dövründə aşkarlanıb zərərsizləşdiriliblər. Ona görə də bəyanatın səkkizinci bəndi onlara şamil edilmir, onları Azərbaycan CM-ə uyğun mühakimə etmək lazımdır".
F. Ağayev hesab edir ki, Bakı Ermənistanın göndərdiyi yaraqlıları ona qaytarmamalıdır.
Rusiyanın erməni yaraqlılara qayğıkeşliyinin səbəbi Yerevan resursunda dərc edilmiş məlumatda açıqlanır:
“Putin-Paşinyan-Əliyevin 9 noyabr tarixli bəyanatı və Rusiya sülhməramlılarının Arsax münaqişə zonasının erməni hissəsində yerləşdirilməsi ilə Rusiya-Arsax münasibətlərində yeni mərhələ başlayıb. Mahiyyətcə, bu, Arsaxın Yerevandan asılılığının aradan qaldırılmasına və ya bu asılılığın istiqamətinin dəyişdirilməsinə yönəldilmişdi".
Rusiya tərəfi Moskva-Stepanakert reysləri üçün Stepanakert aeroportunu açmağı planlaşdırır. Sülhməramlı missiya ilə yanaşı, Rusiya miqyaslı humanitar işə təşəbbüs göstərib və Stepanakert şəhərində birbaşa aeroport ərazisində humanitar mərkəzin yaradılmasını həyata keçirir. Arsaxda Rusiya hərbi bazasının yaradılacağı istisna deyil. Amma bizim məlumatımıza görə, Rusiyanın proqramları bununla məhdudlaşmır.
Rusiya mənbələri 168am-a bildiriblər ki, Rusiya Arsax Respublikasının büdcəsinə köçürmələr etməyi, üstəlik büdcəni təmin etməyi, Artsax infrastrukturuna, təhsilə və bir sıra digər sahələrə iri sərmayələr qoymağı planlaşdırır.
«Gələcəkdə yollar, universitet, inkişaf etmiş infrastruktur, hətta Bakı ilə daha aktiv əlaqə olacaq. Yeni sərhədlər çəkilir, yeni vəziyyət yaranır və Stepanakert erməni dövlətçiliyinin mərkəzinə çevriləcək, Yerevan isə daha təcrid olunmuş vəziyyətə düşəcək.
Rusiyanın Yerevana münasibəti neytraldır, Qarabağ ermənilərinə qarşı isə qarşılıqlı müsbət anlayış və mövqe yaranıb. Bu anklava səmimi olaraq yardım etmək istəyi baş tutacaq, baxmayaraq ki, status haqda məsələ 5 il müzakirə olunmayacaq, yəni, Rusiya indiki mərhələdə Abxaziya və ya Krım nümunəsində bir şey etməyi planlaşdırmır, səmimi olaraq müharibənin nəticələrinin aradan qaldırılmasına və orada dövləti inkişaf etdirməyə çalışır.
Rusiya bu ərazidə həmişə məqbul olub, sakinlər, əsasən, rusdillidir və bu, xoşdur", - mənbə deyib./Turan
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 22-12-2020 12:40
Baxış sayı: 4415
Yazı axını
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar