Reklam
Ordumuz Laçında Qarabağa gələn erməni hərbçilərinin qarşısını kəsdi və...
22-12-2020 09:44
Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib.Dalidag.az xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır.
Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.
“10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, - Azərbaycan hərbçiləri ermənilərə belə deyib.
Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı “Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər.
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib.publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 22-12-2020 09:44
Baxış sayı: 4484Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























