Reklam
Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması
29-12-2020 17:10
Dağlıq Qarabağda Türk-Rus Birgə Mərkəzi tezliklə fəaliyyətə başlayacaq.Dalidag.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı açıqlayıb.
Onun sözlərinə görə, “Altılıq” formatı daxil olmaqla Türkiyə bütün mənbələrini Qarabağ üçün səfərbər edib.
“Bütün çətinliklərə rəğmən, cənab Əliyev Ermənistana sülh əlini uzatdı. Biz Dağlıq Qarabağla bağlı işlərimizi Azərbaycanla birgə gerçəkləşdirəcəyik. Qarabağda atəşkəs təsis edildi. Rusiyanın sülhməramlı qüvvələri meydandadır. Birgə mərkəzimiz də qurulur. Məqsədimiz davamlı sülh və sabitlikdir. “Altılıq” formatı daxil olmaqla bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan olaraq münasibətlərimizi normallaşdıra bilərik. Rusiya ilə burada əməkdaşlığımız əhəmiyyət kəsb edir. Elə bir nəticə görmək istəyirik ki, hazırda orada sülhü təsis etmək və monitorinq aparmaq üçün yaratdığımız missiyalara qarşıdakı dövrdə ehtiyac qalmasın. Bölgədə yalnız iqtisadi və infrastruktur fəaliyyətimizin davam etməsini istəyirik”, - nazir bildirib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-12-2020 17:10
Baxış sayı: 3368Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























