N iftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın,

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi.

Nazilə Gültac və Coşğun Karabuludun Azərbaycan və Türkiyə ədəbi cameəsi arasında inşa etdikləri könül körpüsündən bu dəfə Xaçmaza “keçdik”. Bu “keçid”- görüş hər kəsin ürəyincə oldu. İlk növbədə ona görə ki, çox isti, səmimi münasibətlə qarşılandıq Xaçmazda. Bakıdan şimal bölgəsinə Türkiyədən gələn yazarlar-Coşkun Karabulud, Şafak Ahmet Deniz və həyat yoldaşı Mine Denis, Mahmud Özkoca, Şahsene Camız, Nurcan Gökmən, Fatma Bacara, Mine Sarmış, Eser Tunçoğlu və həyat yoldaşı Yeşim Tuncoğlu, Yelda

Qacarlar nəslinin Azərbaycan xalqına bəxş etdiyi görkəmli dövlət xadimlərindən biri də Cavad xan Şahverdi xan oğlu Qacardır . O, cəmi 57 illik ömür sürmüş Gəncə xanlığının sonuncu xanı idi. Cavad xan Gəncə bəylərbəyisi Kəmaləddin Şahverdi sultan Ziyad oğlunun nəvəsi, müstəqil Gəncə xanlığının banisi Şahverdi xan Ziyadoğlunun (1747-1760) oğlu idi. Qacarlar Səfəvi dövlətinin qurulmasında fəal iştirak etdiyi üçün onlar uzun müddət Qarabağ və Çuxursəd bəylərbəyiliklərinə başçılıq etmiş və bu hüququ

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. Dalidag.az

Öz dövrünün məşhur simaları olan fransız yazıçısı Corc Sand polyak bəstəkar Frederik Şopenlə təxminən 10 il sevgili olub. Sandın heyranları, aşiqləri çox idi. Ona şeirlər, məktublar göndərirdilər. Xanım Sandın yazıçı Prosper Merime və şair Alfred Müsse ilə də epizodik eşq macəraları yaşayıb. Lakin, Corc Sand və Frederik Şopenin on illik məhəbbətərinin tarixçəsi daha məşhurdur. Onların münasibətləri çox mürrəkkəb yollardan keçmişdi. Sand Şopendən böyük idi, birinci nikahdan iki böyük övladı var

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ARB “Aranfilm” yaradıcılıq mərkəzinin istehsal etdiyi “Ölən dünyanın yaddaşı” adlı film nümayiş olunacaq. Dalidag.az xəbər verir ki, ekran əsəri Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr edilib. Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib. Xalq yazıçısı İsmayıl Şıxlı koloritli

Sovet dövlətinin qurucusu olan Vladimir Ulyanov Leninin Serqey adında doğma əkiz qardaşı olub. O zamanlar bu haqda yalnız Leninin ən yaxın sirdaşları bilirmiş və Leninin özü də bu haqda gizli saxlayırdı. Bu yaxınlarda tarixçilərin əlinə keçən Vladimir və Serqey Ulyanovların foto şəkili bir daha sübut etmişdir ki, Leninin əkiz qardaşının olması şaiyə deyil, həqiqət imiş. Serqey də Vladimir kimi ailənin sevimli övladlarından olub. Amma Serqeyin xasiyyəti və dünyaya baxışı Vladimirdən (Lenin)

Azərbaycan romantizminin görkəmli simalarından biri olan Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonra Hacı Molla Abbasın məktəbində oxumuşdur. 9 yaşında Hadinin atası vəfat etmiş, anası başqa ərə getmişdir. Atasının ölümü və qohumlar ümidinə qalması Hadiyə ağır təsir etmişdir. Məhəmməd Hadi bacıları ilə bərabər nənəsi Teyyibə xanımın

Nazim Hikmət (15 yanvar 1902-3 iyun 1963) Sadəcə, ədəbi kimliyi ilə deyil, siyasi düşüncələri ilə diqqət çəkən Nazim Hikmətin qələminin qüdrəti bütün dünyaya yayılıb. Salonikidə doğulan Nazim Hikmət ilk şeiri “Fəryadi-Vətən”i 1913-cü ildə – hələ 11 yaşı olanda qələmə alıb. “Məktəbi-Sultani”də təhsil alan gələcəyin şairi bir ailə yığıncağında qəhrəmanlıq mövzusunda yazdığı şeiri oxuyur. İstedadı burada Dənizçilik naziri Camal Paşa tərəfindən kəşf edilir. Məzun olduqdan sonra “Hamidiyə” gəmisində
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024