...Sən məndə var olan ilahi adam, mən səndə yaşayan bəxtəvər qadın... Dalidag.az Sevinc Qəribin şeirlərini təqdim edir: MƏN OLSAYDIM... Güzgüdəki mənəm?!. ...yox, mən deyiləm, mən olsaydım- təbəssüm toxuyardı kipriklərim, duyğu misralanardı gözlərimdə, şeir dillənərdi baxışlarımda... Mən olsaydım- üşüməzdi əllərim, ağlamazdı saçlarım, ağrımazdı qollarım. Mən olsaydım- yıxılmazdım sənsizlik adlı ağrının ayaqlarına, yoxluğuna bürünmüş dünyanın havasızlığından asmazdım nəfəsimi, sükutu

N iftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın,

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi.

Nazilə Gültac və Coşğun Karabuludun Azərbaycan və Türkiyə ədəbi cameəsi arasında inşa etdikləri könül körpüsündən bu dəfə Xaçmaza “keçdik”. Bu “keçid”- görüş hər kəsin ürəyincə oldu. İlk növbədə ona görə ki, çox isti, səmimi münasibətlə qarşılandıq Xaçmazda. Bakıdan şimal bölgəsinə Türkiyədən gələn yazarlar-Coşkun Karabulud, Şafak Ahmet Deniz və həyat yoldaşı Mine Denis, Mahmud Özkoca, Şahsene Camız, Nurcan Gökmən, Fatma Bacara, Mine Sarmış, Eser Tunçoğlu və həyat yoldaşı Yeşim Tuncoğlu, Yelda

Qacarlar nəslinin Azərbaycan xalqına bəxş etdiyi görkəmli dövlət xadimlərindən biri də Cavad xan Şahverdi xan oğlu Qacardır . O, cəmi 57 illik ömür sürmüş Gəncə xanlığının sonuncu xanı idi. Cavad xan Gəncə bəylərbəyisi Kəmaləddin Şahverdi sultan Ziyad oğlunun nəvəsi, müstəqil Gəncə xanlığının banisi Şahverdi xan Ziyadoğlunun (1747-1760) oğlu idi. Qacarlar Səfəvi dövlətinin qurulmasında fəal iştirak etdiyi üçün onlar uzun müddət Qarabağ və Çuxursəd bəylərbəyiliklərinə başçılıq etmiş və bu hüququ

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. Dalidag.az
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024