Reklam
İudanın öpüşü
29-04-2024 15:32
Orta məktəb illərinin çoxunu, xüsusən də son son 4-5 ilini bədii əsər oxumağa sərf etmişəm. 4 illik ali təhsil illərini, 43 illik iş fəaliyyətini də bura əlavə etsək, həyatım bədii əsərlər oxumaqla keçmişdir, desəm, yanılmarıq.
50 ildən çoxdur ki, həm elm, ədəb, mərifət, xeyirxahlıq öyrənirəm, həm də öyrədirəm. Keçdiyim ömür yoluna baxanda, əməllərimin düzlüyünü yəqin edəndə könlüm məmnun olduğu kimi, cismim də rahat olur. Mərdiməzarlıq etmədiyim, biliyimi, təcrübəmi əsirgəmədiyim üçün əlimi vicdanımın üstünə qoyub rahat nəfəs ala bilirəm. Başqalarına bilik nuru paylaşdıqca könlümün də, gözümün də nuru artır.
Bir gün belə fasilə vermədiyim əmək fəaliyyətimin 7 ilini müəllim, 18 ilini direktor, 18 ilini isə dövlət qulluqçusu kimi təhsil sahəsinə sərf etmişəm. 1993- 2012 - ci illərdə işdən sonra repititorluq etmişəm. 20 il ərzində evimdə bilik öyrətdiyim uşaqlardan ya ümumiyyətlə, pul almamışam, ya da bəzilərinin valideynləri cüzi məbləğ ödəyiblər. Sultan Məcid Qənizadə demişkən, qazancım millətin məhəbbəti olmuşdur; bir də özümün də, qardaş-bacılarımın da, bəzi imkansız ata-anaların balalarının da təhsil almağı.
Elmin, yoxsa var-dövlətin faydalı olduğunu soruşanlara İmam Əli (ə) bir-birindən fərqli olan, ancaq əsaslandırılmış cavablar verir. Elmin daha xeyirli olması səbəblərindən İmam Əli (ə) aşağıdakıları göstərmişdir:
Xəyal məni uzaqlara apardı. Şeirləri 300 ildən artıq bir müddətdə xalqın dilindən düşməyən Dəllək Muradın “Eyləmə” rədifli ustadnaməsinin sözləri könlümdən dilimə süzülüb axdı.
Qadir Allah, budu səndən diləyim,
Sən mərdi namərdə möhtac eyləmə.
Qeybi xəzinəndən yetir ruzisin,
Sən mərdi namərdə möhtac eləmə.
Görünür, insanın təbiətində bir asilik, naqislik var, müəyyən məqamlarda iblisə uyaraq fitnə-fəsad törətmək həvəsi də var. Buna görə də atalar, “alim olmaq asandır, adam olmaq çətin”, - demişlər. İnsanlar çox olsa da, adam olanı azdır. İnsan psixologiyasını gözəl bilən Sücaət yazırdı:
Qəlbə toxunmasa, yaşaya bilməz,
Zülmün çırağının yağıdır insan.
Könül, ehtiyatla dolan dünyada,
Unutma, zəhərdir, ağıdır insan.
... Sücaət, ürəklər qorxusuz vurmur,
Gözlərin sevinci gözlərdə durmur.
Quş da yuvasını yaxından qurmur,
Bilir ki, xaniman dağıdır insan.
Ömrünün böyük əksəriyyətini şagird, müəllim, valideynlərlə ünsiyyətdə keçirən bir şəxs kimi bəzi insanların yaltaqlığa, satqınlığa, ziyankarlığa meyilli olduğunu yaxşı bilirəm. Bu yaramaz hərəkətlərin irsi xüsusiyyətlərdən də qaynaqlana biləcəyinə, yaşadığı həyat tərzindən, şəraitindən də yaranacağına normal baxıram. Əqrəbin ibnəsi hər an tuta bilər. Ancaq dərs dediyin, gələcək uğuruna, karyerasına məsləhət verdiyin, sevindiyin şəxsin sənə hücum etməsi ağrılıdır. Həm dəöz adıyla yox, başqasının adı ilə. Namərdcəsinə. Həm dəözündən vəzifəcə böyük, şərəf, ləyaqətcə aşağı iki nadanın, ailəsini idarə edə bilməyən iki nadürüstün, iki nanəcibin “məsləhəti”-fitnəsi ilə.
Allah belə şagirdi, belə qohumu heç kimin qarşısına çıxartmasın. Heyhat, belələri dünən də var idi, bu gün də var, sabah da olacaq. Təsəlli budur ki, tarixə nəzər yetirəndə pislərlə bərabər yaxşıların, namərdlərlə bərabər mərdlərin də olmasıdır. Məmməd Araz demişkən:
Yüz də çevir, min də ələ torpağı,
Namərd ilə mərd yanaşı göyərdi.
***
Mirzə Şəfi Vazeh Gəncədə dərs deyən zaman balaca Fətəliyə biliklə bərabər, münasib iş, sənət seçmək üçün düzgün istiqamət də verir. Zaman keçir, Mirzə Fətəli Axundzadə həm Tiflisdə qəza məktəbində müəllim, həm də Qafqaz canişinin baş dəftərxanasında mütərcim işləyir. Mirzə Şəfinin Gəncənin mürtəce din xadimləri mühitində çəkdiyi mənəvi sıxıntıdan xəbərdar olan M. F. Axundzadə Azəbaycan dili müəllimliyindən çıxır və öz yerini sevimli müəllimi M.Ş. Vazehə təklif edir.
Müəllimə münasibətin ən yaxşı örnəklərindən birini Əmir Teymurun həyatında müşahidə edə bilərik. Böyük hökmdar insanları vaxtaşırı qəbul edir, onların şikayətlətini dinləyirmiş. Saray qaydalarına görə gələnlər Əmirin qarşısında diz çöküb onun ətəyindən öpərmişlər. Qəbulun sonuna yaxın içəri yaşlı bir kişi daxil olur, hökmdarın xələtinin ətəyindən öpmək istəyir. Teymur cəld bir hərəkətə ayağa qalxır, gələn adamın əyilməsinə imkan vermir, özü qocanın titrəyən əlindən öpür və onu hörmətlə öz taxtında əyləşdirir.
Saray əhlinin heyrətlə qaldığını görən Teymur bu məsələyə özü aydınlıq gətirir, qocanın qarşısında baş əyərək deyir:
-Bu kişi mənim müəllimimdir.
Qurani-Kərimin hər cümləsinin 7 mənasını izah edən Əmir Teymur 35 illik hakimiyyəti dövründə 27 ölkəni bir bayraq altında birləşdirmişdir. Qur-Əmir (Gori-Əmir) məqbərəsini öz sağlığında tikdirmiş və vəsiyyətinə görə müəllimi Mir Seyid Barakin ayaqları altında dəfn edilmişdir.
Təəsüf ki, böyük məqam sahibi olan şəxslərin heç də hamısı böyüklük məqamında dayanmağı bacarmamışlar. Ailə daxilində də namərdlik, nakişilik, xəyanət, cinayət edənlər olub, cəmiyyət içində də.
Üç oğlundan birini – Səlimi taxt-tacına varis təyin edən türk sultanı Bəyazid elə həmin oğlu tərəfindən zəhərlənərək öldürülmüşdür.
Roma imperatoru Yuli Sezara 40-dan çox xəncər yarası vuraraq öldürən şəxslərdən biri də onun saraya gətirdiyi, addım-addım irəli çəkdiyi Brut olmuşdur. O vaxtdan bu günə qədər də “Brut, sən də?” məsəli xəyanətin, satqınlığın simvolu kimi ədəbi, tarixi qaynaqlarda işlənməkdədir.
Bu tip insanlar etdikləri əməllərin tez-gec öz qarşılarına çıxacaqlarını unudurlar. Öz əməllərinin cəzalarını çəkməyə başlayanda isə artıq gec olur, sonrakı peşmanlıq fayda vermir.
Şirvanşahlar sarayında Məliküş-şüəara olan (şairlər şahı) Əbül-Üla Gəncəvi gənc və istedadlı şair Əfzələddin Xaqaninin tanınması, şöhrət qazanması üçün şərait yaradır. Zaman keçir, Məniçöhrün, Axsitanın rəğbətini qazanan Ə. Xaqani Əbül-Ülanı xəyanətdə suçlayır, onun vəzifədən azad olunub özünün Məliküş-şüəara təyin olunmasına nail olur. Xaqaninin əkdiyi toxumlar bir müddət sonra cücərir, boy verir, əməllərinin cavabı özünə qayıdır. Onun özünü Şəbəran qalasında dövlət zindanına salırlar.
İuda (Yəhuda) İsa peyğəmbərin 12 həvarisindən biri olmuşdur. Ehtimal olunur ki, bu kiçik, ilk xristian cəmiyyətinin xəzinədarlığı da etibarlı, hörmətli bir həvari kimi İudaya həvalə edilmişdir.
Gecə vaxtı İsa peyğəmbər 12 həvarisi ilə masa arxasında əyləşir. Həvarilərə deyir ki, onunla birlikdə əyləşən, çörəyini eyni qatdakı yeməyə batıran tələbələrindən biri onu satacaq. Məclisdə ümumi şaşqınlıq yaranır. İsa Peyğəmbər deyir: “Əgər sən bunu etməyi düşünmüsənsə, tələs, gecikmə”.
İuda onu satmağa gedir və bu işin müqabilində 30 gümüş pul alır.
İsa peyğəmbər Eleon dağına gecələmək üçün yola düşəndə İuda romalıların əsgər dəstəsini ora aparır. İsanı onlara tanıtmaq üçün peyğəmbərə yaxınlaşır və öpür.
İsa peyğəmbər deyir:
-İuda, sən bu öpüşünlə insan övladına xəyanət edirsən.
İsa peyğəmbəri çarmıxa çəkirlər. Xristianlar bu öpüşü satqın öpüşü adlandırırlar. İudanın da sonrakı taleyi yaxşı olmur, özünü asır. Boynunu kəndirə keçirəndə kəndir İudanın ağırlığına dözməyərək qırılır, yıxılan İudanın daxili orqanları yerə dağılır.
***
Eyy sən-zəmanənin Brutu, sənin əcadadın əlinə xəncər alıb himayədarını özü doğradı. Sən niyə onun qədər də olmadın. Öz ata-babanın adını qoyub başqa adla, başqa soyadla xəyanətlə meydanına çıxdın? Öz adını, soyadını yazmağa qorxdunmu, utandınmı?
Eyy sən-zəmanənin İudası, dodağındakı təbəssümün, əlindəki istiliyin nədən yarandı? Bildinmi? Bilmirsənsə, deyim, bil. İçindəki zəhərdən, beynindəki fəsaddan. Fitnə yelinəuçmaq həvəsindən. Kürsünü qorumaqdan ötrü özündən böyüklərə əyilmək xislətindən.
Eyy Brutlar, eyy İudalar!
Tövbə qapısı hər zaman açıqdır. Nə qədər ki, gec deyil, tövbə edin. Bizim əfv etməyimizdən öncə yaradanın əfvini qazanmağa çalışın. Mən onsuzda əfv etmişəm. Elə həmin gündən, həmin andan əfv etmişəm. “Əgər biri öz pisliyindən əl çəkmirsə, mən niyə öz yaxşılığımdan əl çəkməliyəm?”.
Salman Qaralar
şair, publisist
Dalidag.az

- Maldan infaq edəndə azalır, amma elmdən infaq etdikdə, yəni başqalarına öyrətdikdə daha da artır;
- Zaman keçdikcə mal köhnəlir, amma elm köhnəlmir;
- Var-dövlət ölüncəyə qədər sahibi ilə qalır, amma elm həm bu dünyada, həm də o dünyada onunladır;
- Mal-dövlət insanın qəlbini qəddar edir, amma elm insanın qəlbini nuraniləşdirir;
- Malı sən qorumalısan, amma elm səni qoruyur.

Kateqoriya: Sosium
Tarix: 29-04-2024 15:32
Baxış sayı: 3158
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02