Fəthiyədən Xaçmaza könül körpüsü quruldu - ŞƏKİLLƏR

27-10-2019 12:28
Könül yolçuları Fəthiyədən Xaçmazacan SÖZ SORAĞINDA 

Nazilə Gültac və Coşğun Karabuludun Azərbaycan və Türkiyə ədəbi cameəsi arasında inşa etdikləri könül körpüsündən bu dəfə Xaçmaza “keçdik”.

Bu “keçid”- görüş hər kəsin ürəyincə oldu. İlk növbədə ona görə ki, çox isti, səmimi münasibətlə qarşılandıq Xaçmazda. Bakıdan şimal bölgəsinə Türkiyədən gələn yazarlar-Coşkun KarabuludŞafak Ahmet Deniz və həyat yoldaşı Mine DenisMahmud ÖzkocaŞahsene CamızNurcan GökmənFatma BacaraMine SarmışEser Tunçoğlu və həyat yoldaşı Yeşim TuncoğluYelda ÖzsunarBurcu Yılmaz Sayılğan və atası Keramettin Yılmaz, Azərbaycanlı yazarlar Nazilə Gültac və Namiq Dəlidağlıdan ibarət tərkiblə yollandıq. Şabranda istedadlı şair dostumuz Aybəniz Əlyarın müdiri olduğu Xəqani poeziya evinə baş çəkdik və onu da könlü istəyən dostlarla görüşmək üçün sıramıza aldıq. İlk olaraq Xaçmazda könül dostlarımız - ünlü şairimiz Ramiz Qusarçaylı və dəyərli dostumuz, Əməkdar jurnalist Azər Həsrətlə görüşdük. Xaçmazla qonaqlarımızın tanışlığı H. Əliyev Mərkəzindən başladı. Mərkəzin direktoru Könül Əsgərova və əməkdaşların qonaqpərvərliyi dostlarımızda ilk xoş təəssürat yaratdığını hiss etdik. Və çox keçmədən biznən bir arada olan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin qonaqlarımıza Türkiyə - Azərbaycan arasında olan mədəni əlaqələr, başçılıq etiyi idarə və ümumilikdə şimal bölgəsi barədə geniş bilgi vermasi yerinə düşdü. Türkiyədən gələn həmfikirlərimizin şərəfinə verilən ziyafətə Elvin adlı gənc müğənninin məlahətli səsi və klassik mahnılarımızı məharətlə ifa etməsi xüsusi rəng qatdı.
Xaçmaz Tarix diyarşünaslıq muzeyində də qonaqlar eyni ab-hava ilə qarşılandı. Muzeyin direktoru Pakizə Mehdiyevanın rəhbərliyi və təşkilatçılığı ilə düzənlənən növbəti tədbir söz havasına köklənən hər bir iştirakçıya xoş ovqat bəxş etdi. Türkiyədən gələn yazarlarla, yerli qələm sahiblərinin sözləşməsi, şeirləşməsi onsuz da doğma olan münasibətlərə daha da istilik gətirdi. Yaddaqalan, könüllərə körpü salan bir gecə oldu.
Xaçmazımızın gözəlliyi qamaşdırırdı və bu gözəlliyi yaradanlara ancaq “sağ ol” düşür. Həm də ona görə ki, Türkiyədən gələn qonqlarımız bu gözəllikdən zövq aldılar, bunu dəfələrlə dilə gətirdilər və Xaçmaza yenidən dönmək arzusunda olduqlarını vurğuladılar.
Əslən Xaçmazdan olan, Bakıda yaşayan, ancaq özü demiş, “həftənin 3 gününü paytaxtda, 4 gününü Xaçmazda olan” türk sevdalısı, dəyərli dostumuz Azər Həsrətə xüsusi təşəkkürlər düşür. İsti, fərqli münasibətinə və doğma yurdu barədə qonaqlara dolğun, əhatəli məlumat verdiyinə görə...
Yenidən dönmək ümidiylə...
Dalidag.az

Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 27-10-2019 12:28
Baxış sayı: 3847
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını