Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi həsr edilmiş anım mərasimi keçirilib. AMEA-dan bildirilib ki, tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin həyat yolundan, zəngin yaradıcılıq fəaliyyətindən danışıb. Bildirib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi

Məhsəti Gəncəvi orta əsr Azərbaycan mədəni həyatının görkəmli nümayəndələrindən olub. İlk azərbaycanlı şairə, şahmatçı və musiqiçi kimi tanınıb. Tərcümeyi-halı isə rəvayətlər və müəmmalar haləsinə bürünüb... Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncədə anadan olub. Əsl adı Mənicə olub. Məhsəti adını isə özünə təxəllüs kimi götürüb. Təxəllüsün mənşəyi ilə bağlı belə bir rəvayət var. Bir gün Sultan Səncər onu saraya dəvət edir. Səmimi olaraq qarşılayır və yüksək dəyər verir. Şairə isə

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli (1923-1974) şeirlərini əsasən heca vəznində yazmış, hətta "Heca vəznliyəm mən" adlı ayrıca bir şeirində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şeirinin "qoca vəzni" olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan "el malı"na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə "Azərbaycan şeirinin ahəngi adlandırdığı" heca vəznli şeirin və bu

Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər) 60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov,

Tomas Eliot 1888-ci ildə Missuri ştatında 7 uşaqlı ailədə sonbeşik kimi doğulmuşdu. Valideynlərinin hər iki xəttində Amerika tarixinə iz qoymuş şəxsiyyətlər vardı. Atası Henri Uer Eliot varlı sənayeçi idi. Anası Şarlotta Sternz isə bədii bioqrafiyalar müəllifi kimi tanınmışdı. O, 3 amerikan başçısının soyundan gəlirdi. Ciddi görkəmindən bank işçisinə bənzəyən Tomas Eliot əslində zarafatcıl və şən bir adam idi. Həqiqətən bankda işləmişdi. 8 il Londonda bank masası arxasında oturmuşdu. Bir
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024